Üzdəki tükləri təmizləyən təbii üsullar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 11 712
Səs ver:
(səs: 3)

Elə bir qadın yoxdur ki, üzdə olan artıq tüklərə görə narahat olmasın.

Bir çox qadının məhz dodağının üstündə xırda tüklər olur. Sapla almaq və ya mumlarla təmizləmə müvəqqəti effekt verir. Ancaq bunun bir təsirli üsulu var. Şərqli qadınlar bunu əsrlər ərzində istifadə ediblər. Həmin üsulu təqdim edirik.

Hazırlamaq üçün lazım olan məhsullar:

2 yemək qaşığı bal

1 yemək qaşığı yulaf unu

2 yemək qaşığı limon suyu

Öncəliklə yulaf ununu hazırlayın. Bunun üçün də yarmanı un halına salın. Daha sonra bal və limon suyunu əlavə edib qarışdırın. Qarışımı hazırladıqdan sonra üst dodağa tük olan yerlərə çəkin.

15 dəqiqə saxladıqdan sonra üzü isti su ilə yuyun. Üz üçün krem çəkməyi unutmayın. Bunu həftədə 2-3 dəfə etmək lazımdır. Bir ay sonra istənməyən tüklər olmayacaq. Bundan əlavə bu qarışım tükləri təmizləməklə bərabər, dərini sakitləşdirir və qidalandırır.//aile.lent.az

(səs: 3)
Şərhlər: 8
Baxılıb: 11 712
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri