8 yeni moda qaydası!

Müəllif: ayka
Şərhlər: 15
Baxılıb: 1524
Paylaş:
Səs ver:
(səs: 4)
Qış gəldi, qarderobunuz hazırdırmı qışa? Başdan söyləyək, tendensiyalar payız-qış mövsümündə də qaydaları aşmağa niyyətli görünür. Siz də moda qaydalarını aşmağa hazırsınızsa, bu qış etməniz lazım olanlar bunlardır...

Moda, insanların özünü ifadə etmə forması olmalıdır. Stil sahibi olmaq, ya da modaya ayaq uydurmaq; hər kəsin qəbul etdiyi, moda qaydalarını yerinə yetirmək demək deyilmi, ya da "qulaqdan dolma" geyim qaydaları sizin tərzinizdə təsirli ola bilərmi?

Təbii ki, xeyr ... "Qışda ağ geyilməz, göy qarayla kombin edilməz" kimi saysız-hesabsız moda qaydası var. Bunlara uyğun gəlməyə çalışarkən, insan tərzini müəyyənləşdirməyə çalışır, ya da tamamən tərzinin xaricində geyinmək məcburiyyətində qalır.
Ancaq sürətlə dəyişən moda trendleri, moda qaydalarını silərkən digər tərəfdən də yenidən yazır. Hər kəsin maraqlandığı trendlər, moda qanunlarını aşmağa niyyətli görünür. Budur, qış mövsümündə aşmanız lazım olan moda qaydaları:
 
Qayda: 1 Qışda ağ geyinilər.
"Qışda ağ geyinilməz" qaydası çoxdan tarixə qarışdı. Payız-qış mövsümündə ağ və ağın tonlarıyla yaradılan qəşəng kombinlər, qışı dümağ qarşılayacağımızı işarə edir. Təpədən dırnağa qədər ağ geyinməyə hazırlaşın.

Qayda: 2 Əlvan rənglər çox dəbdədir.
Əlvan rənglər həmişə yazı xatırladar. Yeni mövsümdə, qışın soyuq havasını qıran yumşaq tonlar, içimizi açacaq... Əlvan tonlar üçün baharı gözləməyə ehtiyac yoxdur, ən qəşəng əlvan tonları qış qarderobunuza uyğunlaşdırın.

Qayda 3: Naxışlar qarışdırılır
Naxışların fərqli gözəlliyi bir neçə mövsümdür model uyğunlaşmasını ortadan qaldırdı. Çılgın naxışlar yeni mövsümdə də bir-birləriylə qarışdırılır. Geyimlərinizdə naxışları istifadə etməkdən çəkinməyin.

Qayda: 4 Yaş həddi yoxdur
Yaşa görə geyinmək, yaşını əks etdirən paltarlarla özünü ifadə edə bilmək sərt bir qayda olsa da, artıq yetkin qadınların və gənc qızların eyni paltarlarla ərzi əndam etmələrinə öyrəşmişik.

Qayda: 5 Qara və göy uyğunlaşır
Qara, digər bütün rənglərlə uyğunlaşma içində olan bir rəngdir. "Qara və göy uyğunlaşmaz" deyənlərin əksinə, son bir neçə mövsümdür bu bir-birinə bənzər rənglərin mükəmməl uyğunlaşmasına şahid oluruq.

Qayda: 6 Bijüteriya sərhəddi yoxdur.
Bijüteriya məhdudlaşdırması yoxdur, azla kifayətlənmirik. "Nə qədər çox, o qədər qəşəng" şüarıyla qızılı qolbaqlar, sıra-sıra üzüklər, üst-üstə boyunbağılar, böyük sırğalar zinət əşyaları həddini ortadan qaldırır.

Qayda: 7 Corablara azadlıq!
Əvvəllər çəkmələrimizin ya da idman ayaqqabımızın içinə zorla gizlətdiyimiz corablar artıq azaddır. Qara, boz ya da göy rəng məhdudlaşdırması da yoxdur, rəngli və naxışlı corabları ayaqqabılarınızla sərbəst geyinə bilərsiniz.

Qayda: 8 Yeni qara narıncı
"Orange is the new black-Narıncı yeni qaradır." Bu cümləni eşitmisiniz yəqin ki. Yeni qara artıq narıncıdır. Narıncı, modanın nüfuzlu modelyerləri tərəfindən, yeni qara olaraq qəbul edilir. Müsbət enerji verən narıncı və tonlarını qış qarderobunuza da əlavə edin.

loading...
(səs: 4)
Şərhlər: 15
Baxılıb: 1524
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
Bizim əhali qışda qara, yayda ağ geyinir)) Heç olmasa geyinəndə də zövqlü geyinin. Moda kəliməsini sevmirəm mən (Cemil İpekçi demişkən). Bu il bu dəbdədirsə, mən də alım bunu geyinim fikri ilə heç vaxt yaşamıram. Əvvəla insanlar öz ruhlarını tarzına yansıda bilməlidir (özüm insanlara ağıl verirəm, amma öz tarzıma uyğun şeylər heç vaxt tapa bilmirəm mağazalarda 23 ). Hər nəysə. İnsanlara tərz, geyim, moda və s. dərsi verməyə halım yoxdur))

...666...
11 avqust 2015 16:54
15
Viking
Offline
guzellik
paltarim ali verim
11 avqust 2015 14:42
14
sade semimi merbandan kino medcezir
Offline
aLoNe AnGeL
mene yarasan paltarlari geyinirem
10 avqust 2015 20:43
13
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Offline
meni_gozle
qiwda ag geyim geyinmirem hec
10 avqust 2015 20:09
12
Offline
ALESSANDRA
deble geyinmeyi sevirem
maraqlı melumat oldu tsk
10 avqust 2015 18:29
11
Don't trust anyone ∆
Offline
teri meri
büjiteriyanadan çox istifadə edənəm bu qaydaları bilməyim yaxşı oldu əsas da büjiteriyalar haqqında yeni qaydanı
10 avqust 2015 17:31
10
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
...AdaDunyam``
modaya ayaq uydurmaqdansa sevdiyim geyimleri geymeye ustunluk verirem
10 avqust 2015 16:18
9
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Offline
Dosta_inam
Maraqli melumatdir tesekkur.
10 avqust 2015 15:30
8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
♥ KaMa ♥
qışda həmişə ağ sapaşki geyinirəm 08
10 avqust 2015 14:32
7
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Offline
Aydan Habili
9u 10dur qırmızı dondur...
10 avqust 2015 13:50
6
Offline
VIP
Qışda ag geyinməyi sevmirəm
10 avqust 2015 13:16
5
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Dj_Vampir
Swag stilimi qoruyub saxlayiram
10 avqust 2015 13:11
4
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
BARBI
Modani yaxinan izleyeerdenem. Qaydalarin hamisina emel edirem
10 avqust 2015 13:09
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
ayka123
cox maraqli oldu
10 avqust 2015 13:03
2
Offline
vipbetul
maraqli melumat oldu

maraqli melumat oldu
10 avqust 2015 13:02
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv