Qüsursuz gözəlliyin 6 sirri burada

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 917
Səs ver:
(səs: 1)
Əslində gənc, gözəl və baxımlı görünmək sandığınız qədər çətin deyil. Daha parlaq saçlara, hamar bir dəriyə və baxımlı bir bədənə sahib olmaq üçün bu 6-lını etməniz kifayyətdir!

Quru saçlara banan!
Bir bananı yaxşıca əzin. Bir çay qaşığı badam yağıyla qarışdırıb saçınızın diblərindən başlayaraq uclarına kimi yaxşıca sürttün. 20 dəqiqə gözlətdikdən sonra durulayın.

Xiyarla canlanın!
Xiyar ilə dərinizi canlandırmağa nə deyərsiniz? A, B və C vitaminləri ilə fosfor, kalium, dəmir, maqnezium və gənclik eliksiri olaraq təyin olunan selenyum anbarı xiyar hər cür dəri probleminə yaxşı təsir edir. Susuzluğu aradan qaldırıcı xüsusiyyəti ilə dərinin nəm nisbətini tarazlıyır. Canlandırıcı və yumşaldıcı təsiri səbəbiylə kosmetik məhsullarının imtina edilməz qidalarından biridir. Dəriniz üçün hər gün bir xiyar yeyin. Ayrıca xiyarın qabığını bir az qalın soyub üzünüzə sürtün, dərinizdə həmin an canlanma və yumşalma təsirini hiss edəcəksiniz.

Yaxşı bir yuxu gözəllik üçün şərtdir, istirahət edin!
Dərimiz özünü təmir edərək yenilənmək və bəslənmək üçün orqanizmin dərin yuxu halını, yəni gecəni gözləyər. Dəri, gecə yarısından sonra hormonlar tərəfindən daha yaxşı nəmlənər, qidalanar, qan dövranı da eyni şəkildə bu dövrdə canlanar. Dərinin tətbiq olunan məhsullardan ən sıx olaraq faydalandığı saatlar isə səhər tezdəndir. Gecənin dərimizə təqdim etdiyi ən böyük xidmət sakitləşməkdir. Yəni gün boyunca özünü günəşə, küləyə qarşı müdafiə edərkən, etdiyi stressə bağlı ya da mimikalarla əlaqədar qırışmaların əsl səbəbi olan əzələ sıxılmaları gecə boyunca sakitləşdiyində ortadan qalxar və dəri rahatlayar.

Qırışıqlıların düşməni meyvə!
Elm adamları, günəş şüalarından meydana gələn dəri qırışıqlıqlarının yeməklərlə də əlaqəsi olduğunu açıqladı. Araşdırmaçılar tərəvəz, paxlalılar, zeytunyağı və bəzi meyvələrin günəş şüalarının mənfi təsirinə qarşı dərini qoruduğunu ifadə edir. Dərini günəş şüalarının təsirindən qoruyan digər qidalar isə balıq, ərik, alma və çaydır.  Dəridə qırışıqlıqların ət məhsulları, südlü qidalar, şəkər, kərəyağı və marqarin istifadə edənlərdə daha çox meydana gəldiyi müşahidə edildi.

Ən təbii dodaq parladıcısı - bal!
Bal, tərkibindəki vitamin mineral, antioksidan və amin turşularıyla qiymətli bir qida maddəsi olması ilə yanaşı, müalicə edici xüsusiyyətlərə malikdir.
Çatlayan dodaqlar üçün müalicə edici bir dodaq parladıcısı:
Bir fincan şirin badam yağını və yarım fincan bal mumunu, mikrodalğa sobada və ya su hamamında bal mumu əriyənə qədər saxlayın. İki qaşıq balı əlavə edib qarışdırın. Soyumağa buraxın. Qarışığı qapaqlı kiçik qablara töküb istifadə edin.

Quru dərinin ən təbii dərmanı - qızılgül!
Yağlı dəri qədər quru dəri də problem yaradar. Xüsusilə soyuq aylarda quru dəri kifayət qədər bəslənməzsə qabıq və çatlaqlar əmələ  gələr. Quru bir dəriniz olduğundan şikayətlənirsinizsə güldən faydalana bilərsiniz. Qızılgül suyu və Qızılgül yağı kosmetalogiyada də olduqca geniş şəkildə istifadə edilir. Üç damla qızılgül yağını, üç damla lavanta yağı ilə qarışdıraraq dərinizə sürtün. Dərinizin bir anda gərginlikdən xilas olduğunu, rahatladığını hiss edəcəksiniz.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 917
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri