Üzünüzə yaraşan qaş forması hansıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 8 851
Səs ver:
(səs: 2)
Zahiri görünüşdə qaşların funksiyası kiçik olsa da, çox vacibdir. Qaşların köməyilə biz mimika və emosiyalarımızı daha aydın ifadə edə bilirik. Bununla yanaşı, qaşların estetik funksiyasını da qeyd etmək lazımdır: onlar simanı ən mükəmməl makiyajdan daha artıq ifadəli və maraqlı göstərir.

Zərif, dəqiq və nazik korrektə olunmuş qaşlar üzə baxımlı görünüş verir. Bu səbəbdən onlara düzgün qulluq və korreksiya vacibdir. Qaşların korreksiyası zamanı üz quruluşunu mütləq nəzərə almaq lazımdır. Bu işdə sizin üçün peşəkar ustaların məsləhətləri faydalı olacaq. Ambassade de la Beauté gözəllik institutunun vizajistləri üçbucaq formalı üzə sahib olanlara dairəvi qaş formasını məsləhət görürlər. Lakin onları həddən artıq yumrulaşdırmaq lazım deyil, əksinə qaşın düzlüyünü saxlamaqla və onu yüngülvari əymək lazımdır. Dünyaca məşhur Şarliz Teron məhz bu qaş formasına sahibdir.

Əgər üzünüz Kirsten Danstda olduğu kimi dairəvi formalıdırsa, onda sizə üzü vizual olaraq uzun göstərmək lazımdır. Bunun üçün qaşlara aypara forması əlavə etmək və uclarını sivriləşdirmək lazımdır.

Ancelina Coli kimi kvadrat formalı üzə sahib olanlara Ambassade de la Beauté gözəllik institutunun vizajistləri qaşları dairəvi üzdə olduğu kimi korrektə etməyi məsləhət görürlər. Lakin onları həddən artıq sivriləşdirmək lazım deyil, əks halda qaşlar üzə qəribə görünüş verəcək.

Penelope Kruz kimi oval tipli üz quruluşuna malik olan xanımlara qaşları yüngülvari əyrilik formasında korrektə etmək məsləhət görülür. Qaşların kənarlarını azca sivriləşdirərək naziltmək olar.

Liv Tayler kimi uzun formalı üzə sahib olan xanımlara qaşları düz xətt formasında korrektə etmək tövsiyə olunur. Bu zaman üz nisbətən yumrulaşacaq və simanızda qadın incəliyi əks olunacaq.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 8 851
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri