İdeal dərinin sirləri!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 379
Səs ver:
(səs: 1)
1.Məqsəd: Dərini tarımlı ,elastik et.
Dərinin bu xüsusiyyətinə kollagen cavabdehdir.Kollagenin əmələ gəlməsində isə C vitamini aktiv iştirak edir. Vitaminlər orqanizm tərəfindən ixrac olnmur,lakin,qida vasitəsi ilə istədiyimiz miqdarda vitamin deposu yarada bilirik.
Ərzaq: portağal,limon,çiyələk,moruq,kivi sizə çoxlu C vitamini verəcək,lakin bu vitamin üzrə lider olan itburnudur.Onun xeyirli komponentlərini necə istifadə etməli?
Beauty-resept. İtburnu dəmləməsi hazırlayın. Bunun üçün bir ovuc meyvəsinə bir stəkan qaynar su əlavə edib dəmləyin.Onu həm içmək həm də kompres etmək olar.Kompres üçün tənzifi ilıq dəmləməyə batırıb 10-15 dəqiqə dəridə saxlayın.Dəri nəmlənib bütün faydalı elementləri mənimsəyəcək.

2.Məqsəd: Dəriyə parlaq görünüş vermək.
Dərinin təravətli və parlaq görünməsi üçün mütləq antioksidantlar lazımdır əsasən də E vitamini.O dərinin müdafiə qatını bərpa edir və üz rəngini gözəlləşdirir.Krem və polivitaminlərin tərkibinə məhz bu vitamindən daha çox əlavə edirlər.
Ərzaqlar:Bitki yağları,heyvan qaraciyəri,yumurta,dənli və paxlalı bitkilər,brüssel kələmi,brokkoli,itburnu giləmeyvəsi,ağtikan,tərəvəzin yaşıl yarpaqları,gilas,alma -armud toxumları.Həmçinin fıstıq,günəbaxan tumu və badamda kifayət qədər E vitamini toplanmışdır.
Beauty-resept:Ağtikan maskası edin.Blenderdə 2\3 fincan ağtikan meyvəsi xırdalayıb bir ç\q şirin olmayan yoqurt və ağardıcı effekt üçün limon şirəsi damcıladın.Kütləni yarım saat soyuducuda saxlayın,çünki,qatı şəkildə istifadəsi daha rahatdır.

Maska üz və boyun dərisi üçün yararlıdır.Təravətləndirir və qan mikrosirkulyasiyasını gücləndirir.Bu maskadan sonra dəri hamarlaşaraq sağlam çəhrayı rəng alır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 379
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri