Tük tökən bitkilər

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 7 507
Səs ver:
(səs: 2)
Qadınlar arzuolunmaz tüklərlə illərlə mübarizə aparırlar. Tibbi üsullar, cərrahi müdaxilələr, epilyasiya, bitkilər, müxtəlif maskalar, kremlər  və digər alternativ üsullarla tüklərlə mübarizədə uğurlu nəticələr əldə edilib.
 
Əlbəttə ki, inkişaf etmiş texnologiyalardan istifadə edərək arzuolunmaz tüklərdən xilas olmaq mümkündür və bu, daha uzunmüddətlidir. Amma bu texnologiyalar sağlamlığa mənfi təsir edir və bəzi xəstəliklərdə, o cümlədən hamilə və süd verən anaların sözügedən texnologiyalardan istifadə etməsi əks göstərişdir. Həm də mütəmadi olaraq epilyasiya etdirmək baha başa gəlir. Buna görə də qadınlar epilyasiya kimi üsullardan çox, daha sağlam və daha ucuz başa gələn tük tökücü üsullar axtarırlar. Tük azaldıcı və tük tökən bitkilərlə də hamar dəriyə qovuşmaq mümkündür.
 
Tük tökən xüsusiyyəti olan bitkilərlə hazırlanan kremlər həm daha ucuzdur, həm də ağrısız nəticə əldə etmək mümkündür.
 
Tük tökən vasitələrə yumurta ağı, limon, portağal, duz, soğan kimi təbii ərzaqlar daxildir. Bu qidalarla hazırlanacaq kremlər sayəsində istədiyiniz nəticəni almağınız mümkündür.
 
Bir ədəd limonun suyunu bir kasaya sıxın və 2 çay qaşığı duz əlavə edib qarışdırın. Ayaqları mum üsulu ilə təmizlədikdən sonra pambığın köməyi ilə hazırladığınız qarışığı tüklərin çıxdığı nahiyəyə sürtün. Bu prosesi ardıcıl olaraq tətbiq etsəniz, artıq üçüncü dəfədən nəticə daha yaxşı olacaq. Limon və duzun tük azaldıcı və hətta qıl köklərini zəiflədici xüsusiyyəti var. Əgər dəridə yanma və qıcıq hiss etsəniz, vaxt keçirmədən yuyun. Hər hansı fəsad müşahidə edilmədiyi təqdirdə qarışığı ayaqda 2 saat, üzdə isə 15 dəqiqə saxlamaq olar.
 
Soğanı rəndələyin və suyunu çıxarın. Tükləri mum üsulu ilə təmizlədikdən sonra ayaqlara və qollara yaxşıca yedirdin. Soğan tük köklərinin zəifləməsi istiqamətində olduqca güclü təsirə malikdir. Soğan suyunu sürtdükdən sonra 1 saat saxlamaq yetərlidir. Tüklərdən tamamilə  xilas olmaq üçün olduqca sadə üsuldur.
 
Portağalı soyun və qabıqlarını blenderden keçirin. Krem halını alanda 1 xörək qaşığı zeytun yağı əlavə edin. Mum əməliyyatından sonra lazımi bölgəyə sürtün və 1 saatdan sonra yuyun. Sitrus bitkiləri turşu tərkibli olduğu üçün qıl kökləri üzərində yandırıcı təsir buraxırlar.
 
Mağazalarda satılan tük tökən kremlər də qıl köklərinə təsir edərək zamanla tük köklərinin zəifləməsini təmin edirlər. Kosmetika mağazalarında müxtəlif markaların təklif etdiyi tük tökən kremlər qısa tüklərdə belə təsirli olur və təxminən 4 gün ərzində dərini hamar saxlayır. Dərini eyni zamanda nəmləndirmək xüsusiyyətinə malik olan tük tökən kremlər, xüsusilə az vaxt olanda ideal çıxış yoludur.
 
Tük tökən spreylər  də qıl köklərinə təsir edir. İstifadəsi də son dərəcə asan və praktikdir.  Tük tökən spreylər həm vaxta qənaət edir, həm də ağrısızdır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 7 507
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri