Bütün dünyadan gözəllik sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3766
Səs ver:
(səs: 1)
alt

Hindistan

Hindli qızların uzun və ipək kimi saçları bir əfsanədir. Yaxşı, bəs onların saçları niyə bu qədər gözəldi? Sirləri — Kokos yağı. İlıq Kokos yağını saç dərisinə masaj edərək tətbiq edirlər və gecə onunla yatarlar. Səhər yuyarlar. Bu proses ümumiyyətlə həftədə bir dəfə edilir. Kokos yağı cildi bəsləyər və nəmləndirər, saçlar bir müddətdən sonra daha parlaq və canlı olar.

Fransa

Möhtəşəm cildə sahib olan Fransız qadınlarının gözəllik sirri isə, gilas və nar maskasıdır. Gilas və nar dənələrini blendr'dan keçirdin, əldə etdiyiniz qarışımı üzünüzə tətbiq edin. Bu cür maskanı həftədə bir dəfə, 5-6 dəqiqə edə bilərsiniz.

İtalya

İtalyan qadınlarının parlaq saçlarının sirri,qatıqdır. Bir miqdar qatığa bir qaşıq zeytunyağı qatın və bu qarışımı saçlarınıza yedirdin. 5 dəqiqə sonra durulayın. Nəticə; canlı və parlaq saçlar!

İspanya

İspanyalı qadınlar saçlarının parlaqlığını qorumaq üçün zoğal suyu istifadə edirlər. Yarım stəkan zoğal suyu və eyni miqdarda suyu qarışdırın. Bu qarışım ilə saçlarınızı yuyun. Ancaq bu baxım ancaq qaraşınlar üçün uyğundur. Sarışınlar, zoğal yerinə limon suyundan istifadə edə bilərlər.

İngiltərə

İngilis qadınlarının hamar cildinin sirri, yulaf unu. İki qaşıq smetan və dörd qaşıq yulaf ununu qarışdırın. Qarışımı biraz gözlətdikdən sonra cildinizə maska olarak çəkin. Nəticə; krem çəkməmiş belə parlaq bir cild!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3766
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 81246
Xəbər sayı: 30
BARBI
bezilerini mutleq edecem...
23 iyun 2012 16:12
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri