Ayaqları nazikləşdirən maska resepti

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 366
Səs ver:
(səs: 2)
Ayaqlarından narazı olan xanımlar çoxdur. Bu resept ayaqları nazikləşdirəcək və xanımlara özünə əminlik bəxş edəcək.

Ərzaqlar:
Təbii dəniz duzu
Aspirin
Türk qəhvəsi
Zeytun yağı
Portağal yağı
Su
Streç

Hazırlanması:
Dərin qabın içərisinə türk qəhvəsi, aspirin, təbii dəniz duzu və kifayət qədər su əlavə edib qarışdırın. Hazırladığınız bu qarışığı 15-20 dəqiqə saxlayın. Sonra içinə portağal və zeytun yağı əlavə edib yenidən qarışdırın. 30 dəqiqə gözləyin və maskanız istifadəyə hazırdır.

Necə istifadə etməli?
Hazırladığınız maskanı arıqlatmaq istədiyiniz bölgəyə masaj etməklə sürtün. Daha sonra ayaqları streçlə bağlayın. 45 dəqiqəyə qədər hərəkət etmədən gözləyin. Sonra  maskanı yuyun. Unutmayın, yalnız istifadə edəcəyiniz qədər hazırlayın. Bir neçə gün əvvəlcədən hazırlanmış maskanın təsiri olmayacaq.

Maskanı həftədə iki dəfə, ən çox dörd dəfə etsəniz, 1 ay ərzində nəzərə çarpacaq dərəcədə arıqladığınızı hiss edəcəksiniz. Burada istifadə olunan yağlar isə ayaq dərisinə inanılmaz parıltı və hamarlıq bəxş edəcək.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 366
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri