Yapon xanımlarının cavanlıq və gözəllik sirrləri

Müəllif: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1052
Paylaş:
Səs ver:
(səs: 0)
Özünüzü və dərinizi yaxından tanıyın Kosmetoloqlar işə başlamazdan əvvəl güzgüyə baxmağı təklif edir. Nə görürsünüz? Əlbəttə, özünüzü. İndi isə çənənizi azca qaldırın. Xatırlayırsınızmı? Bəli, sizin on il bundan əvvəlki vəziyyətiniz. Hə, indi isə çənənizi yüngülcə aşağı salın və güzgüyə baxın. Bax 10 il sonra siz belə görünəcəksiniz. Sonuncu əksiniz əgər xoşunuza gəlmədisə, təcili işə başlamaq lazımdır. Dərinizin diqqətli öyrənilməsi ilk addım olmalıdır, bunun üçün isə böyük və gözəl güzgü lazımdır. Başlanğıc üçün öz zəif cəhətinizi müəyyənləşdirin. Bir qayda olaraq, üz simmetrik qocalmır: Üzün bir tərəfi digərindən fərqli olaraq daha tez qocalır və solur. Bunu müəyyənləşdirmək üçün kosmetoloq test təklif edir. Ağzınızı açmayaraq gülümsəyin, dodaq və ağız guşələrini qaldırın. Üzünüzün bir hissəsində qırışlar digərinə nisbətən daha çox əmələ gələcək. Onu möhkəmləndirmək üçün həmin tərəfdə yatmaq, daha çox çeynəmək lazımdır. Ümumiyyətlə, kosmetoloqun fikrincə, qırışlardan qorxmaq lazım deyil, onlar onsuz da qaçılmazdır. Bizi qırışlar deyil, cansız və solğun dəri, sönük baxışlar, sərt üz ifadəsi qocaldır. Məhz sizin dərinizə uyğun olan qulluq vasitəsini seçin.. Dərinizin tipini və lazım olan qulluq vasitələrini seçmək üçün ilk növbədə yaxşı bir mütəxəssisə müraciət etmək lazımdır. Sonra isə deyilənlərə riayət etmək və dəridə baş verən dəyişiklikləri izləmək lazımdır. Hər səhər dərinizə vizual qiymət verin, onun nəmliyini yoxlayın. Bunun üçün baş barmağınızı üzünüzə yapışdırın, daha sonra çəkin. Əgər dəriniz kifayət qədər nəmlidirsə barmaqlarınız az da olsa üzünüzə yapışacaq. Əgər belə bir effekt yoxdursa, dərinizin rütubətə ehtiyacı var. Dəri sıxlığını yoxlamaq üçün əllərinizi yanaqlarınızdan qulaqlarınıza doğru yüngülcə çəkin və diqqət edin görün bu zaman gözlərinizin ətrafında şaquli qırışlar əmələ gəlir ya yox. Dərinin elastikliyini yoxlamaq üçün, yanağınızı yüngülcə çimdikləyin və buraxın sonra dərinizin başlanğıc vəziyyətinə nə qədər tez qayıdacağına diqqət edin. Əllərinizin qeydinə qalın Əllərə şəfqət və qayğı həmişə olmalıdır. Əvvəlcə onu yaxşıca qızdırın, əlləriniz üçün məlhəm, lasyon, zərdab,kremlərdən istifadə edərək onlara qayğı göstərin. Gecə evə gəldiyiniz zaman, hər nə olursa olsun üzünüzdə makiyaj saxlamayın. Mütləq təmizləyin.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1052
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv