Payız üçün aktual obrazlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 298
Səs ver:
(səs: 2)
Unutmayın ki, əhval-ruhiyyəniz necə göründüyünüzdən çox asılıdır. Gəlin, mövsümün makiyaj və saç dəbini birlikdə nəzərdən keçirək.

Şaftalı palitrası
Göz makiyajında yumşaq və təmiz şaftalı tonları bu payız gözlərinizin gözəl görünəcəyini vəd edir. Vizajistlər göz qapaqlarını, dodaqları və almacıq sümüklərini yarımşəffaf şaftalı tonları ilə vurğulamağın dəbdə olduğunu söyləyirlər. Nəticədə, rəng dəri ilə sanki birləşir, lakin bu zaman dəriniz öz təravətini itirmir, əksinə onu vurğulayır və ümumilikdə obrazı korlamır.

Uzun at quyruğu
Aşağıda toplanmış sadə at quyruğu saç düzümü ilin istənilən vaxtında aktualdır. Buna səbəb isə hər məkana uyğun olmasıdır. Lakin rezinin görünməməsi üçün saçınızdan bir az ayırıb rezinin ətrafına dolayıb sancaqlayın. Həmin kiçik sancaq isə saçınıza ancaq gözəllik verəcək.

Əvəzolunmaz qırmızı
Ötən il tünd-qırmızı dodaq boyaları aktual idisə, bu mövsüm gözəl və qətiyyətli qırmızının açıq tonları dəbdədir. Həmin rənglər üzünüzdə makiyaj olmasa belə, öz universallığı ilə sizi cazibədar göstərəcəyindən əmin olun.

Toppuz
Mürəkkəb formada yığılmış toppuz saç düzümü payızın əsas trendidir. Amma belə saç düzümünü özünüz də yığa bilərsiniz. Bunun üçün hörülmüş saçı dairəvi formada yığın və aralarına saç sancaqları keçirdin.

Qəhvəyi göz kölgəsi
Qəhvəyi göz kölgələrinin simfoniyasından yaranmış dumanlı göz makiyajı baxışlarınızı daha mənalı edəcək. "Tom Ford” moda evi də payız-qış kolleksiyasında makiyajda bu rəngdən istifadə etmişdi.

Solğun manikür
Payızda solğun tonlar, xüsusən də, yaşılın tutqun tonları daha populyar olacaq. Dəblə ayaqlaşmaq istəyənlər "Dior”-un  701 nömrəli  "Métropolis” dırnaq boyalarına müraciət edə bilər.

Aktuallığını itirməyən balerina toppuzu
Boynun ortasında yığılmış yığcam və sadə balerina toppuz da aktuallığını itirməyən saç düzümüdür. Toppuzu sıx, yoxsa dağınıq olması öz öhdənizə buraxılıb.

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri