41 yaşlı Qvinet Peltrounun gözəllik sirləri

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 2 293
Səs ver:
(səs: 0)
Hollivud ulduzları arasında stili ilə ən çox diqqət çəkənlərdən biri də cazibədar aktrisa Qvinet Peltroudur. 41 yaşlı ulduzun gözəllik sirləri həmişə maraq doğurub.
Ən böyük peşmanlığı, alınına etdirdiyi botoksdur.

1. Hüzrlu hiss etmək üçün qoxulu şamlar
"Evdə mütləq qoxulu şamlardan istifadə edirəm. Mənim fikrimcə, şam yanmayan ev həqiqi yuva hissini vermir. Qoxulu şamları çox sevirəm. Hüzrlu hiss etmək üçün ideal vasitələrdir".
2. Günəşdən qorunmaq
"Ən əhəmiyyətli gözəllik vərdişlərimdən biri hər havada, hər şəraitdə günəşdən qoruyucu krem çəkməyimdir. Ağ dərili olduğum üçün bu mövzuda çox diqqətliyəm. Dərimin qayğısına qalmalıyam. Həmçinin bütün mövsümlərdə evdən marketə gedərkən belə günəş eynəyindən istifadə edirəm".
3.  Dodaq balzamları
"İşim elədir ki, davamlı olaraq makiyaj etməyə məcbur oluram. Amma gündəlik həyatda yalnız dodaq balzamından istifadə edirəm".
4. Az bişmiş tərəvəz və meyvə
"Gündə 6 dəfə yemək yeməyə diqqət edirəm. Seçimim adətən, az bişmiş tərəvəz və meyvələr olur".
5. Yeməklər önəmlidir
Aktrisa sağlam həyat və qidalanma vərdişlərinə yiyələnib. Qvinet ötən il asan və dadlı yemək hazırlamağın ipuclarından bəhs edən kitab təqdim etmişdi.
6. Tuş əsasdır
"Makiyaj çantamda mütləq tuş olmalıdır. Bir çox məhsul sınamışam, amma favoritim "Max Factor”un tuşudur. Bu fimanın "Falsa Lash Effect” tuşlaırnı çox sevirəm”.
7. Ətirlərinin sayını bilmir
"Ətir görəndə huşumu itirərəm, hamısını almaq istəyirəm.  Evdə neçə dənə ətirimin olduğunu heç bilmirəm. saymağa səbrim çatmadı".
8. Ən sevimli stil şəhəri Londondur
"Los Ancelesdə doğulsam da uzun illər Nyu Yorkda yaşamışam. Buna baxmayaraq Londonu daha çox sevirəm. Əlimdə olsa ömürümün sonuna qədər Londonda qalardım".
9. Qırmızı bibər və limon suyu
İki uşaq anası Qvinet gənc qızları qısqandıran fiqurasının sirrini ağcaqayından hazırlanmış siropa borclu olduğunu deyir.
"Süfrədə həmişə bol-bol qırmızı bibər və limon suyu olur. Gündə 2-3 litr su içirəm”.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri