Üzdəki yorğunluğu makiyaj ilə gizləyin

Müəllif: arzum-aysum
Şərhlər:
Baxılıb: 834
Paylaş:
Səs ver:
(səs: 1)
Yuxusuz keçən bir gecədən, ve ya hər hansısa bir narahatlıq səbəbiylə yorğunluq təəssüf ki, ki üzümüzə əks olunar. Yaxşı belə bir zamanda xüsusi bir dəvət varsa necə makiyaj etməlisiniz.Üüzdəki yorğunluğu aradan qaldırıb işıltılı, canlı bir üzə necə sahib ola bilərsiniz? Yorğunluğunuzu gizləmək, daha canlı və gözəl görünmək üçün tətbiq edə biləcəyiniz makiyaj taktikaları;


Tünd Kölgələri Gizləyin
Əgər yuxusuz bir gecə keçirdinizsə, sizi ələ verə biləcək şeylərdən biri göz altında yaranan tünd kölgələrdir. Tünd kölgələri  kamuflyaj etmək üçün dərhal bağlayıcınıza uzanmayın. Bunun yerinə "color corrector" yəni rəng bərabərləyici istifadə edə bilərsiniz. Göz altındakı rəng fərqliliyini onu neytral hala gətirə biləcək bir rənglə kamuflyaj edə bilərsiniz. Narıncı ya da şaftalı tonlarında bir rəng bərabərləyiciylə tünd görünüşdən xilas ola bilərsiniz. Üzərinə də tonal krem tətbiq edə bilərsiniz.


Qaşlarınızı Qaldırın
Qaşlarınızı doldurub, qaş sümüyünə işıqlandırıcı tətbiq edərək daha qalxıq göstərmək bəlkə ağılınıza gələ biləcək ən son makiyaj hiyləsidir, lakin sizi daha gümrah göstərəcəyinə əmin ola bilərsiniz. Yuxusuz keçən gecənin sizdə buraxdığı yorğun görünüşü kamuflyaj etmək üçün göz və göz ətrafına diqqət göstərməlisiniz. Qaş sümüyünüzə az miqdarda  işıqlandırıcı tətbiq etdikdən sonra təbii görünməsi üçün yaxşıca yaymağı unutmayın.


Qəhvəyi Göz Qələmi İstifadə edin
Hər zaman istifadə etdiyiniz qara göz qələmi, yorğun göründüyünüz bir gün üçün çox uyğun bir makiyaj vəsaiti deyil. Bunun yerinə gözlərinizi daha açıq göstərəcək olan qəhvəyi bir göz qələmi istifadə edə bilərsiniz. Təbii görünməsi üçün yaymağı unutmayın. Yalnız gözünüzün üst tərəfinə, kirpik diblərinə doğru tətbiqiniz daha yaxşı olacaq.


Kirpiklərinizi Uzadın
Kirpiklərinin uzun və dolğun görünməsini kim istəməz ki. Yorğun göründüyünüz zamanlarda tuş sürmənin əhəmiyyəti daha da artır. Kirpiklərinizi tək-tək tutan və uzun göstərən bir tuş seçin. Əvvəlində kirpik qıvırıcı da istifadə edə bilərsiniz. Kirpikləriniz nə qədər yuxarıda görünsə, gözləriniz də daha iri və açıq görünəcək. Bu da sizin yuxusuz olmadığınızı göstərə bilər.


Gözləri Unutmayın
Gözlərinizi daha işıqlıq və canlı göstərəcək olan bir başqa makiyaj hiyləsi də göz bəbəklərinə tətbiq edəcəyiniz işıqlandırıcı. Yorğun göründüyünüz günlərdə gözlərin iç künclərinə işıqlandırıcı ya da açıq rəngli bir ten tətbiqini unutmayın. Təbii görünməsi üçün yaxşıca yayın.


Yanaqlarınızı Rəngləndirin
Yuxusuz qaldınızsa üzünüzün rəngi solğun görünə bilər. Canlı və gümrah görünə bilmək üçün yanaqlarınızı bir az rəngləndirməlisiniz. Onsuz da makiyaj edərkənənlikistifadə edir ola bilərsiniz amma daha təbii görünən, şaftalı tonlarında bir ənlik seçməniz daha yaxşı olacaq. Bu sizin makiyaj etmiş kimi deyil də, sağlam görünmənizi təmin edəcək.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 834
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv