Bunları yeyənlərin üzü qırışmır

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 5 201
Səs ver:
(səs: 1)
Dəri 25 yaşdan sonra yavaş-yavaş qırışmağa başlayır. Qırışların qarşısını almaq üçün təkcə qulluq vasitələrindən istifadə etmək kifayət deyil. Gözəl dəri arzulayırsınızsa, ilk növbədə sağlam qidalanmağa diqqət etməlisiniz.

1. Avokado
Tərkibində bol miqdarda E və B vitaminləri olan bu meyvə dərini ehtiyac duyduğu nəmlə təmin edir. Dəriyə elastiklik və yumşaqlıq bəxş edir, qidalandırır. Tez-tez avokado yesəniz, dəriniz daha gənc görünəcək.

2. Pomidor
C vitamini ilə zəngin olan pomidor dərinin gənc görünməsini təmin edir. Likopen maddəsi ehtiva etdiyi üçün dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Qırışların və dəri sallanmasının qarşısını alır.

3. Qızıl balıq
Qızıl balıq da qırışlara çarə olan qidalardan biridir. Qızıl balıq omeqa 3 yağ turşusu ilə ən zəngin qidalardan biri hesab edilir. Omeqa 3 yağ turşuları dərini nəmləndirir, günəşin ultrabənövşəyi şüalarına qarşı qalxan vəzifəsini görür. Həftədə ən az iki dəfə qızıl balıq yeyərək qırışlarla mübarizə apara bilərsiniz.

4. Tut, böyürtkən, çiyələk, göyəm
Bu meyvələrin hər birində "flavonoid” adlı maddə var. Həmin maddə dəri toxumalarını gücləndirir, dərialtı xırda damarları qoruyur. Qan dövranını yaxşılaşdıran bu meyvələr dərinin yaşlanmasının qarşını almaqda çox təsirlidir. Antioksidantlarla zəngin olduqları üçün qırışların qarşısını alırlar. Bu meyvələrin təsirini artırmaq üçün onları yarım kasa qatıqla yemək məsləhətdir.

5. Yaşıl çay
Həm sağlam, həm də gözəl qalmaq üçün ən təsirli vasitə yaşıl çaydır. Yaşıl çayı süfrənizdən əskik etməyin. Bu yolla həm təhlükəli xəstəliklərdən qorunacaq, həm də dərinizin qayğısına qalacaqsınız. Yeməklərdən yarım saat sonra 1 stəkan yaşıl çay için.

6. Kefir
Probiotik xüsusiyyəti daşıyan kefir, sadəcə, qırışlarla deyil, həm də dəridəki qızartılarla mübarizə aparır. Qüsursuz dəriyə qovuşmaq istəyirsinizsə, gündə 1 stəkan kefir için. Gecə yatmazdan 1 saat öncə içməyiniz məsləhətdir.

7. Yumurta
Zülalla zəngin olan bütün qidalar qırışlara qarşı təsirlidir. Onlardan ən effektlisi isə yumurtadır. Yumurta həm də dəri üçün faydalı amin turşuları ehtiva edir. Hər səhər 1 ədəd yumurta yeyin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 5 201
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri