Dişlərinizin gözəl olması üçün 10 qayda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 658
Səs ver:
(səs: 2)
1. Kalsium və C vitamini ilə zəngin məhsullar yemək. Məsələn, süd, pendir, qatıq kalsiumla boldur. Portağal, qovun, brokoli, ispanaq kimi meyvə tərəvəz isə əsl C vitamini qaynağıdır.

2. 6 ayda bir mütləq diş müayinəsini etdirmək və gündə azı 2 dəfə dişləri fırçalamaq. Sağlam diş və ağız boşluğuna sahib olmaq üçün bu, əsas şərtlərdəndir.

3. Dişlərə qulluqda fırça və məcun kifayət deyil. Onlarla yanaşı, diş sapı,qarqaralardan da istifadə edilməlidir.

4. Fırça seçimi önəmlidir. Fırça orta sərtlikdə olmalı və 3 aydan bir dəyişdirilməlidir. Əgər keyfiyyətli fırçadan istifadə etməyinizə baxmayaraq 1 aydan sonra xarab olursa, demək, siz ondan sərt istifadə edirsiz. Sərt şəkildə fırçalama dişlərin mina qatı üçün ziyanlıdır.

5. Dişləri fırçalamaq şəkli və zamanı önəmlidir. Fırça dişlərə 45 dərəcəlik bucaq altında yerləşdirilməli, yuvarlaq şəkildə çox sərt olmamaq şərti ilə sürtülməlidir.

6. Yaşın artması dişlərin də qocalması mənasına gəlmir. Saralmış və çürümüş dişlər yaşlanmağın deyil, qulluq edilməməyin nəticəsidir. Dişlərə yaxşı qulluq edərək irəliləyən yaşlarda öz dişlərinizi qoruyub saxlaya və yaşıdlarınızdan bir addım önə çıxa bilərsiniz.

7. Diş məcunundan çox istifadə aşınmaya səbəb ola bilər. Hər dəfə fırçalama zamanı noxud boyda məcundan istifadə yetərlidir.

8. Xüsusilə ortodontik müalicədən yararlananlar dişləri ilə bağlı daha həssas olmalıdırlar. Dişlər və ağız boşluğu ilə bağlı üzləşə biləcəkləri problemlərlə əlaqədar həkimlə məsləhətləşsələr, daha yaxşı olar.

9. Uşaqlarda ilk ortodontik müayinə 7 yaşdan sonra olmalıdır. Erkən yaşda olan müayinə dişlər daimi olmadığı üçün effektiv olmaya bilər.

10. Ağız və diş sağlamlığı uşaq yaşda olmalıdır. Əgər diş əti, dişlər, çənə sümüyündə və sairə ağızla bağlı hər hansı anormallıq müşahidə etsəniz, vaxt itirmədən həkimə müraciət edin.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri