Nazik qaşları dolduran 7 hiylə

Müəllif: Catwoman666
Şərhlər: 10
Baxılıb: 6 018
Səs ver:
(səs: 2)
1-ci nəyə ehtiyacınız olacaq?
Nazik qaşları doldurmaq üçün ilk olaraq qaş fırçası və qaş qələmi, yaxud qaş kölgəsi almaq lazımdır. Qaşları doldurmaq üçün fırça və qaş kölgəsini ayrı-ayrı kosmetika mağazalarda, yaxud online sifariş verə bilərsiniz. Bu məhsulu aldığınız yerdən onun istifadə qaydasını öyrənə bilərsiniz. Onu qaş qələmi ilə də əvəz edə bilərsiniz.

Qaşları işarələyin
Daha sonra işə qaşları işarələyərək da davam edə bilərsiniz. Seçdiyiniz qələm mütləq tünd olmalıdır. Lakin almazdan əvvəl qələmin dəri rənginizlə uyğun olmasını anlamaq üçün çəkib yoxlayın. Qaşlara formanı verəndə  şəkildəki kimi burun xətti ilə eyni səviyyədə olmasına diqqət edin.

Qaş şablon forması ilə işarələmək
Qaşları düzgün formada doldura bilmirsinizsə, hazır formalar ala bilərsiniz. Əgər qaşlarınızı doldurmaq, gözəl, dəqiq və təmiz xətt almaq istəyirsinizsə, bunlar sizə çox kömək edəcək. Çox tanınmış məşhurun qaş tərzini istəyirsinizsə, ona uyğun bir qaş şablonu seçib istifadə edə bilərsiniz.

Toz qələm
Toz halında qaş kölgələri qələmlə müqayisədə daha yaxşı effekt verir və təbii görünür. Qaşlarınızı qaş kölgəsi ilə doldurmaq istəyirsinizsə, bunun üçün düzgün fırça seçmək də çox önəmlidir. Kiçik fırçalar bu tətbiq üçün çox əlverişlidir.
Doldurun
Qaşları dolduran zaman əvvəlcə kənarlarını çəkin, daha sonra isə içini doldurmağa başlayın. Qaş fırçası incə uclu və yumşaq olmalıdır. Qaşlarınızı dolduran zaman çox sərt basmaq olmaz. Qələmi və fırçanı yumşaq və asta formada çəkməyə çalışın.
Qaş boyama
Çox açıq rənglər olmamaq şərti ilə qaşları saç rənginə yaxın, yaxud bir ton tünd boyaya bilərsiniz. Yanlış boya və boyanı uzun müddət saxlamaq qaşların tökülməsinə səbəb olur. Qaşları ev şəraitində boyamaq təhlükəli olduğu üçün onu gözəllik mərkəzlərində etdirmək daha münasibdir.
Həmişəlik
Əgər qaşlarınızı hər gün qələmlə boyamaqda çətinlik çəkirsinizsə, qalıcı və ya yarı-qalıcı üsullara əl ata bilərsiniz. Qaşlarınız çox seyrəkdirsə, döymə daha yaxşı variant ola bilər. Bunu usta əllərin sahibi edərsə, çox gözəl nəticələr əldə  etmək mümkündür. Bu zaman qaşların üz quruluşuna çox uyğun olmasına fikir verin. Amma əsla saç rəngi ilə eyni rəngdə etməyin.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 6 018
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri