10 yaş gənc görünməyin yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 821
Səs ver:
(səs: 2)
Hər yaşın öz gözəlliyi var. Ancaq bizi yoran illərin təsirləri və bizi olduğumuzdan daha yaşlı göstərən bəzi faktorların varlığı da bir gerçəkdir. Daha canlı, gənc və gözəl görünmək isə zənn edildiyi qədər çətin deyil. Bir neçə incəlik ilə daha gənc görünmək mümkündür. Əgər siz də bu incəlikləri bilmək istəyirsinizsə, onda yazımızın davamını oxuyun.

Qaşlar ilə başlayaq. Üz ifadəmizə təsir edən qaşlar yaşı biruzə verməkdə baş roldadır. Ancaq sırf buna əsaslanaraq hamımız qalın qaşlara sahib ola bilmərik. Önəmli olan üzümüzə yaraşan formanı tapmaq və qalınlığı da uyğun səviyyədə saxlamaqdır. İlk olaraq sərt və dümdüz formalardan qaçmağa çalışın. Təbii görünüşlərini dəstəkləyən bir forma verməyiniz məsləhətlidir. Qaşlarınızın arasındakı boşluqları doldurmağı da unutmayın.

Çox ağır bir göz makiyajının hər zaman olduğumuzdan daha yaşlı görünməyimizə səbəb olduğunu unutmayın. Bu səbəblə göz makiyajında təbii tonlarda göz makiyajına üstünlük verin. Eyni zamanda göz ətrafında qara rəngdən istifadə gözləri olduğundan kiçik göstərir. Qara yerinə qəhvəyi göz qələmi istifadə edərək bir neçə yaş gənc görünə bilərsiniz. Əgər dəri tonunuza uyğundursa tünd göy göz qələmindən istifadə də etmək olar.

Bəzi makiyaj hiylələrinin yanında daha gənc görünmək üçün edə biləcəyiniz fərqli bir çox şey vardır. Dişlərə qulluq hər yaş üçün olduqca önəmlidir. Saralmış dişlərin insanı daha yaşlı göstərdiyi bir gerçəkdir. Dişlərinizin daha bəyaz görünməsi üçün mütləq hansısa prosedura ehtiyac yoxdur. Sadəcə nizamlı olaraq fırçalamağınız və yeyib içdikdən sonra diqqət göstərməyiniz yetərlidir. Çay, kofe və siqaretdən istifadəyə diqqət etməlisiniz. Evdə diş ağartma üsullarını da sınamaq olar.

Saçınızı fərqli hissədən ayırın. Bir dəyişiklik etmək istədikdə ilk olaraq etdiyiniz şey saçlarınızın forması və rəngində dəyişiklik etmək olur. Saçlarımızın neçə yaşında görünməyimizlə əlaqəsi çox böyükdür. Əgər saçlarınızı təbii halı ilə istifadə edirsinizsə və görünməyə başlayan bəyaz saçlardan şikayətçisinizsə saçınızı həmişə ayırdığınız hissəni dəyişdirməyi yoxlaya bilərsiniz. Hər zaman ayırdığınız tərəfdə daha çox ağ saçın olması təbiidir. Bu səbəblə digər tərəfdən ayıracağınız saçlarınız həm daha az ağ telə həm də daha çox həcmə sahib olacaqdır.

Saçlarınız və makiyajınız xarici görünüşünüzə nə qədər təsir göstərirsə, geyimləriniz, stiliniz və seçdiyiniz rənglər də o qədər təsir edir. Davamlı olaraq qəhvəyi tonlara üstünlük verən biri hər nə qədər makiyaj hiyləsindən istifadə etsə də faydalı olmayacaqdır. Stilinizə diqqət göstərin, geyimlərinizi diqqətli seçin. Rəngli aksessuarlar istifadə edin. Trendləri izləməsəniz belə modadan xəbərdar olmağa çalışın və ən əsası özünüzə yaraşanı geyinin.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 821
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri