Ayaqlarınız qısadırsa... - Moda hiylələri

Müəllif: my_angel
Şərhlər: 9
Baxılıb: 3 754
Səs ver:
(səs: 1)
Ayaqlarınızın uzunluğu istədiyiniz qədər deyil? Bu vəziyyət sizi narahat etməsin. Qadınlar.Biz bir neçə moda hiyləsi ilə ayaqlarınızın uzun görünməsi üçün sizə kömək edəcək.

Uzun illər dəbin göz bəbəyi olan beldən aşağı şalvarların yerini beldən yuxarı şalvarlar alır. Buna daha çox boyu və qıçı balaca ölçüdə olan xanımlar sevinməlidirlər. Əgər boyunuzun qısa olduğunu düşünürsünüzsə, qarderobunuzda ilk növbədə beldən yuxarı olan şalvarlara yer verməlisiniz. Beldən başlayan və yerə qədər uzanan şalvarlar ayaqları  daha uzun göstərir.

Seçdiyiniz qısa ətək və ya qısa şortlar da ayaqlarınızın nazik və uzun görünməyini təmin edəcək. Geyiminizə uyğun ayaqqabı ilə isə artıq ayaqlarınızın qısa olmasını dərd etməyin.

Başdan-ayağa eyni rəngdə geyinmək və ya sevdiyiniz bir rəngin tonlarını seçmək də boyu uzun göstərir. Fərqli rəng və tonlarda geyinmək bədənin ölçülərini böldüyü üçün boyunuzun uzun görünməsinə mane olur

İlk növbədə düzgün şalvar seçin. Enli şalvar şikayətçi olduğunuz ayaqlarınızı gizlətmək üçün yaxşı vasitədir. Lakin çəkisi artıq olanlar üçün bu nümunə arzu edilən deyil. Çəkisi artıq olan xanımlar enli şalvarlardan kənar durmalıdırlar. Qısa şalvar formalarından qaçın, ayaqqabının üstünü örtən şalvar modası seçin.

Enli xətlərin insanı olduğundan daha kilolu göstərməsi sirr deyil. Bunun əksinə olaraq, düzünə cizgiləri olan geyimlər isə boyunuzu daha uzun göstərəcək.

Biləkdən bağlanan ayaqqabı modelləri ayaqlarınızı daha qısa göstərir. Bundansa stiletto formalarını seçin. Topuğunuzun çılpaq olması işinizə yarayacaq.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 754
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri