Gözəlliyimiz başımıza bəla ola bilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 333
Səs ver:
(səs: 2)
Kosmetika bu gün dünyanın ən gəlirli sahələrindən biridir. Asan gəlir əldə etmək istəyən bir çox "işbazlar” insan sağlamlığı bahasına olsa belə dünyanın brend markalarını saxtalaşdırmaqdan çəkinmirlər.

Sağlam Toplum İctimai Birliyinin sədri Lalə Mehralı bildirib ki, əsasən Çində istehsal edilən saxta kosmetikanı orijinaldan ayırmaq o qədər də çətin deyil. Belə ki, saxta məhsullar çox ucuz qiymətə təklif olunur, qablaşdırılması və təqdimatı primitiv olur, keyfiyyətsiz olması ilk istifadə zamanı ortaya çıxır, saxta malların sənədləri və firma zamanəti də olmur.

Belə məhsullar metrostansiyalarda, bazarlarda, yarmarkalarda, belə demək olarsa, ayaqaltında kütləvi şəkildə satılır. Belə məhsulların üzərində istehsal tariхi, yararlılıq müddəti belə göstərilmir. Orijinalı kifayət qədər baha olan saxta gözəllik məhsulları belə yerlərdə cəmi bir neçə manata təklif edilir.

Təəssüf ki, bu saxta kosmetik vasitələr ucuz olması ilə əlaqədar elə kütləvi şəkildə də xanımlarımız tərəfindən alınır. Daxilə qəbul olunmayan və bəzək kimi istifadə olunan bu vasitələrin nə qədər təhlükəli olması barədə düşünən yəqin ki, çox azdır.

Kosmetoloqlar deyir ki, belə keyfiyyətsiz, saxta kosmetika və parfümeriya vasitələrinin insan orqanizminə çox böyük mənfi təsiri var. Saxta kosmetika və parfumeriya insanda qıcıqlanmaya, qaşınmaya, allergiyalara, səpkilərə səbəb ola bilər. Təəssüf ki, saxta məhsulların yol açdığı fəsadlar bununla yekunlaşmır. Standartlara cavab verməyən belə məhsulların səbəb ola biləcəyi ən böyük fəlakət xərçəng xəstəliyidir.

Kosmetik vasitələr üzdə olan tük folekullarına da böyük təsir edir. Belə ki, folekulların ağzı qapanır ki, bu da sızanaqların yaranmasına yol açılır. Tüklərin dibində piy vəzləri var. Onlar üzə çıxa, üzü yağlandıra bilmir və nəticədə sızanaqlar əmələ gəlir.

Qeyd edək ki, ABŞ Milli İş Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun 2009-cu ildə apardığı bir tədqiqat nəticəsində kosmetika məhsullarında 900-dək zərərli kimyəvi maddə olduğu məlum olub. Kosmetika məhsullarının tərkibində olan 2 983 kimyəvi maddə üzərində aparılan araşdırma nəticəsində, bunların 884-nün toksik yəni zəhərli olduğu müəyyən edilib. Bundan başqa bu maddələrdən 774-ü yüksək dərəcədə zəhərlənmələrə, 146-sı şiş xəstəliklərinə, 218-i çoxalma pozulmasına, 314-ü mutasiyaya və 376-sı dəri və göz xəstəliklərinə səbəb olur.

Gələcəyimizi sağlamlığımızı düşünürksə, təbii gözəlliyə də üstünlük verməliyik.

Gözəllik qurban tələb edir
Aparılan bir araşdırma zamanı müəyyən olunub ki, gündəlik normal makiyaj edən bir xanım 515 kimyəvi maddənin təsirinə məruz qalır. Bu rəqəm yalnız xanımların gündəlik istifadə etdikləri kirşan, dırnaq boyası, ətir, saç boyası və s. bu kimi kosmetika vasitələrinin tərkibində olan maddələrin sayıdır.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 333
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri