Gözəlliyin qızıl qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 862
Səs ver:
(səs: 0)
Gözəl olmaq, hər kəsdən fərqlənmək zərif cinsin nümayəndələrinin hər zaman əsas hədəfi olub. Elə bu səbəbdən də onlar müxtəlif vasitələrə əl atırlar. Lakin, bəzən sınadığımız bəzi üsullarda istədiklərimizə tam olaraq nail ola bilmirik. Qarşıda sizi gözəlliyin qızıl qaydaları gözləyir. Bu qaydalara əməl etməklə fərqli bir görünüşə sahib ola bilərsiniz.

Parlaq dəri, parlaq və həcmli saçlar, tərtəmiz bir bədən, incə və sellülitsiz bir vücud…

Bunlara nail olmaq üçün nə etməli? Dermatoloq Melisa Eczacıbaşının sevgilisinə hər zaman gözəl görünmək istəyənlərə bir neçə faydalı olacaq təklifləri var:

Parlaq, qüsursuz bir dəriyə sahib olmaq üçün və dəridəki yaşlılıq əlamətlərini qısa müddətdə itirmək üçün tibbi müalicə çox əhəmiyyətlidir.
Göz ətrafı, alın, qaş ortası və burundan dodağa uzanan xəttləri, dodağın yanındakı qırışları botoks vasitəsilə aradan qaldırmaq çox praktikdir və həm də çox məşhurdur.
Son texnologiyalardan hesab olunan Lazer Kvant (İPL) üsuluyla dəri səthinə verilən lazer işıqları vasitəsilə eyni anda dəridə bir neçə dəyişikliyin baş verməsi mümkündür.
Pilinq üsulu vasitəsilə də dəridəki poblemləri aradan qaldırmaq mümkündür. Pilinq sonrası üzdəki incə xəttlər itər və dəri daha parlaq və canlı bir görünüş qazana bilər.

Dolğun və həcmli saçlar
Saçlarınızda tökülmə hiss edirsinizsə hər hansı bir dərman qəbul edərək və saç mezoterapeya yolu ilə bu probleminizə də son verə bilərsiniz. Əgər saçla olan problemlərinizi də həll edə bilmisinizsə o zaman enerjiniz bol, özünüz isə daha baxımlı və fərqli görünəcəksiniz.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 862
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri