Sizə ən çox yaraşan yubka modeli hansıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 6 620
Səs ver:
(səs: 6)
Qadınlar yubka seçərkən bədən proposiyalarından başqa, həyat tərzini də nəzərə almalıdır. Xarakterini və həyat tərzini geyimlərinə köçürməyi bacarmalıdır. Bəs sizin üçün ən uyğun yubka modeli hansıdır?
 
Ofisdə işləyənlər - Masa başında çalışan xanımlar üstünlüyü klassik yubka modellərinə verməlidir. Çox hərəkət etmədikləri üçün parlaq və təbii parçalardan tikilən yubkalar geyinə bilərlər.
 
Hərəkət edənlər - Daima hərəkət edən xanımlar həm rahat, həm də eleqant yubka seçməyə çətinlik çəkirlər. Lakin bu ilin yubka modelləri onların tərəfindədir. Kloş, qırçınlı və valonları olan yubkalar  həm rahat, həm də çox eleqnatdır.
 
İncə belli xanımlar - İncə belli olmaq sübhəsiz ki, bütün xanımların arzusudur. Ancaq qadınların beli olduqca incə olsa da, bəzilərinin ombalar iri olur. Bu tip bədən quruluşuna sahib olan qadınlara dar yubkalar heç yaraşmır. Bu cür bədən quruluşuna sahib olan qadınlara modelyerlər balon yubkalar geyinməyi tövsiyə edir.
 
Qısa boylu xanımlar - Artıq çəkili və qısa boylu qadınlara qısa yubkalar geyinmək tövsiyə olunur. Yubkanın uzunluğu ən çox dizə qədər olmalıdır. Çünki yubka nə qədər uzun olsa, boyları bir o qədər qısalır.
 
Arıq qısa boylu xanımlara da qısa yubkalar yaraşır. Lakin onların başqa alternativləri daha çoxdur. Daha kök görünmək qorxusu olmadığı üçün üzərində əlavələri olan, işləməli yubkalar daşıya bilərlər.
(səs: 6)
Şərhlər: 12
Baxılıb: 6 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri