Hansı korrektor dəri qüsurunu gizlədir?

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 2 500
Səs ver:
(səs: 4)
Təəssüf ki, heç də bütün qadınlar ideal dəri rəngi ilə öyünə bilmirlər. Gözlərin altındakı qara halqalar, piqment ləkələri, xırda çapıqlar, sızanaqlar, qara nöqtələr ideal və yumşaq dərinin əsas düşmənləridir. Amma buna baxmayaraq, müxtəlif kosmetik korrektorların köməyi ilə onları ört-basdır etməyə öyrənmişik.
 
Müasir vizajistlər qüsurları gizlətmək üçün iki növ kosmetik məhsul: korrektor və ya konsiler təklif edirlər. Prinsipcə, onların hər ikisi üzdə olan nöqsanları örtmək funksiyasını yerinə yetirir, dərini daha hamar və təmiz göstərir. Fərq yalnız ondadır ki, konsiler, əsasən, qəhvəyi rənglərdə buraxılır və heç də həmişə dərinin böyük qüsurlarını gizlədə bilmir. Bu baxımdan korrektorların rəng çeşidi daha genişdir. Xüsusilə də, korrektor civzələri, gözlərin altındakı qara halqanı, piqment və ya qızartını örtmək üçün yaxşıdır.
  
Yaşıl:
Açıq-yaşıl korrektorlar dəridəki qırmızılığı örtmək üçündür. Xüsusən, burun və dodaqların kənarındakı qırmızı sızanaq izlərini vizual olaraq gizlədir.  
 
Çəhrayı:
Açıq-çəhrayı və ya yasəmən rəngli korrektorlar üz dərisini təravətləndirmək üçün istifadə edilir. Onlar solğun dərini daha canlı göstərir. Bundan başqa, üzdəki çilləri və damarları gizlətmək üçün də çəhrayı korrektor ideal seçimdir.
 
Sarı:
Üzünüzdə gizlədilməli heç bir qüsur yoxdur, amma yorğun və solğun görünürsünüzsə, sarı tonları ilə dəri rəngini yumşalda bilərsiniz. Bunun üçün burun sümüyünə, almacıq sümüklərinin yuxarı hissəsinə korrektor çəkmək kifayətdir.
 
Narıncı:
Narıncı korrektor tünd rəngləri neytrallaşdırmaq üçün ən effektli vasitədir. Tünd ləkələri, gözaltı halqaları gizlətmək üçün narıncı korrektordan istifadə edin.
 
Qeyd: Korrektorun dəriyə yaxşı hopması üçün ondan əvvəl nəmləndirici çəkin.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri