Büzməli və qat-qat ətəklər dəbdədir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 5 068
Səs ver:
(səs: 2)
Kim deyib ki, paltarda qatlar və büzmələr çox olmamalıdır? Məsələn, Culiana Mur, Uillou Şilds və Rozi Xantinqton-Uaytli bunun tam əksini sübut ediblər.  Modapərəst xanımlar gecə paltarı və tül pərdəni xatırladan ziyafət libaslarını geyinməkdən çəkinmirlər.
 
Culiana Mur "Alexander Mcqueen” moda evindən olan ağ büzməli və qat-qat paltarı ilə öyünə bilər. Rozi Xantinqton-Uaytli ilə Uillou Şildsin seçdiyi büzməli donlar isə "Marni” və "Gucci” moda evlərinə aiddir.
 
Əgər bu tərzdə don almağı fikirləşirsinizsə, o halda, bu sadə qaydanı yadda saxlamalı olacaqsınız. Belə ki, ayaqlarınız kökdürsə, uzun, büzməli və ya qat-qat donlara üstünlük verməlisiniz.
 
Ayaq quruluşu nazik olan xanımlar bu tərzin həm uzun, həm də qısa versiyalarını sınaqdan keçirə bilər.

 

 

 

(səs: 2)
Şərhlər: 11
Baxılıb: 5 068
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri