Göz ətrafındakı qırışların qarşısının alınmasının 4 üsulu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 049
Səs ver:
(səs: 1)
Göz ətrafındakı qırışlar qadınları ən çox narahat edən dəri problemlərindən biridir. Bunun qarşısının alınması üçün nələr edə biləcəyinizi sizə təqdim edirik.
 
1. Göz altınıza həssas davranın.
Makiyajınızı təmizləyərkən və ya krem vurarkən göz altlarınıza nişan barmağınızla yüngül toxunuşlar etməlisiniz. Makiyajınızı göz altınızı zədələyərək, dartaraq və sərt şəkildə təmizləsəniz, göz altı qırışlarının yaranmasına şərait yaratmış olarsınız.
 
2. Göz altı kremlərindən istifadə edin.
Xüsusilə 30 yaşından sonra göz altınızı nəmləndirmək üçün kremlərdən istifadə edin. Cild baxımınız qədər göz altı baxımınıza da davamlı olaraq diqqət göstərin.
 
3. Yorğun və stressli olmamağa çalışın.
Təkcə göz altlarınız üçün deyil, bütün dəri və bədən sağlamlığınız üçün stressin mənfi təsirləri var. Buna görə də stressdən uzaq olmağa çalışın. Mümkün olduğu qədər çox və nizamlı şəkildə yatın. Çünki, göz altındakı qırışlara səbəb olan şeylərdən biri də yuxusuzluq və yorğunluqdur.
 
4. Təbii maskalar tətbiq edin.
Göz altı qırışlarını gecikdirmək və ilk qırışları azaldıb, daha da dərinləşməsinin qarşısını almaq üçün xiyar və çiyələklə olduqca təsirli təbii maskalar hazırlaya bilərsiniz. Bunun üçün bir dilim xiyar və bir dilim çiyələyi əzin və bir çay qaşığı hindistan qozu yağını əlavə edin. Bu maskanı nişan barmağınızla göz altlarınıza incə bir şəkildə sürtün və yarım saat sonra təmizləyin. Daha sonra isə göz altı nəmləndiricinizi vurun.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 049
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri