Qış aylarında dəri quruluğuna son

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 508
Səs ver:
(səs: 2)
Qış aylarının soyuğu ən çox dərimizə ziyan vurur. Dərinin ən böyük düşməni olan soyuq hava onun canlılığını itirib qurumağına səbəb olur. Biz sizə dərinizə yaxşı qulluq edərək itirdiyi nəmi geri qaytarmaq üçün nə etməli olduğunuz barədə bir neçə tövsiyyə təqdim edirik:

Qışda davamlı olaraq dəri həkiminə gedin və onun məsləhət etdiyi qaydada dərinizə qulluq edin.
Tez-tez çox isti su ilə yuyunmayın. İstifadə etdiyiniz təmizlik və qulluq vasitələrinin dərinizə uyğun olmasına diqqət yetirin. Dəriniz quru və həssasdırsa, nəmləndirici və allergiyaya qarşı olan vasitələrdən istifadə etməyiniz daha faydalı olacaqdır.
Qızdırıcıların üzərinə qabda su qoymaqla otaqdakı nəmi artıraraq dərinizin quruluğunun azalmasına kömək edə bilərsiniz.
Qışda bədəninizin su ehtiyacı azaldığından, dərinizin qurumaması üçün bol miqdarda su için.
Dəri baxımı üçün təkcə kosmetik vasitələr kifayət deyil. Dərinizin daxildən də qidalanması üçün yediklərinizə diqqət etməlisiniz. Xüsusilə qatıq, qarğıdalı, omeqa 3 ilə zəngin olan balıq və portağal kimi qidaları yeməyiniz məsləhətlidir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 508
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri