Gözəlliyin keşiyində duran yağlar

Müəllif: Fialka
Şərhlər: 10
Baxılıb: 2 916
Səs ver:
(səs: 4)
Bəzi qidalardan əldə edilən yağlar həm orqanizm, həm də dəri gözəlliyi üçün faydalıdır. Zeytun yağı, qaraçörəkotu yağı, qoz yağı həm sağlam qalmaq, həm də gözəl görünmək istəyənlərə yardım edə bilər.
 
Qaraçörəkotu yağı:
Bu yağ immunitet sistemini gücləndirir. Mikrob, virus və göbələkləri yox edir. Toksinlərin bədəndən atılmasını təmin edir. Qidalar, dərmanlar, həmçinin, kosmetik məhsullarla orqanizmə daxil olan kimyəvi maddələri təmizləyir. Yaraların tez sağalmasını təmin edir. Gündə 1 dəfə yeməkdən sonra 1 çay qaşığı qaraçörəkotu yağı içmək məsləhətdir.
 
Qeyd edək ki, bu yağ saç tökülməsinin və kəpəyin qarşısını da alır.
 
Zeytun yağı:
Yeməklərə dad verən bu faydalı yağ dəriyə qulluq üçün tövsiyə edilir. Zeytun yağı ilə həm üz və bədən dərisinə, həm də saçlara qulluq etmək olar. Ondan müxtəlif maskalar hazırlaya və ya birbaşa dəriyə çəkə bilərsiniz. Zeytun yağı dərinin nəm balansını qoruyur, qırışları açır, günəş şüalarının mənfi təsirlərini aradan qaldırır.
 
Gicitkən yağı:
Qanı təmizləyib, soyuqlamanı aradan qaldıran bu yağ revmatizmadan əziyyət çəkənlərə də kömək edir. Gözəlliyinin qayğısına qalanlar saçlara və üz dərisinə gicitkən yağı ilə qulluq edə bilər. Bu yağ saçların qırılmasına mane olur, onların uzanmasına kömək edir, onlara parlaqlıq verir. Üzdəki sızanaqları azaldır, qızartıları yox edir.
 
Qoz yağı:
Saç tökülməsinin çarəsi hesab olunur. Həmçinin, göz ətrafı qırışları aradan qaldırır.
 
Alma yağı:
Sızanaqları aradan qaldırır. Qarın, bel, ayaq və ombada müşahidə edilən çatlarla mübarizədə effektlidir. Alma yağını saçlara da çəkmək olar.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 2 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri