Dekolte zonasına qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 069
Səs ver:
(səs: 2)
Dekolte zonası – bədənin ən problemli və tez qocalmağa başlayan sahələrindən biridir. Məlum olmayan səbəblərdən bir çox qadınlar nədənsə daha çox üz dərisinə qulluq edib dekolte zonasını unudurlar. Lakin bu zonanın da xüsusi qulluğa ehtiyac duyduğunu nəzərə almaq lazımdır.
Dekolte – fransız sözüdür ki, geyimdə dərin kəsiyi ifadə edir. Hələ ki, soyuqlar tam olaraq düşmədiyi üçün hər bir xanım müxtəlif sinə kəsimli köynəklər və donlar geyinməyə davam edir. Sadəcə bu vaxt diqqət etmək lazımdır ki, dekolte zonasındakı dəri hamar və sağlam görünsün. Əlbəttə ki, hər bir qadın öz sinə formasının uzun müddət gözəl qalmasını arzu edir. Sinə və dekolte zonasının cavanlığını və gözəlliyini saxlanılması üçün iki üsul mövcuddur: kosmetik qulluq və gimnastika.
 
Krem, masaj və bir çimdik duz…
Dekolte zonasının dərisinə xüsusi qulluq lazımdır, çünki bədənin bu sahəsində dərialtı piy qat az olduğu üçün hüceyrələr üçün qidalanma çox vaxt kifayət etmir və bu qırışların yaranmasına səbəb olur. Kosmetik sənaye bu zonaya qulluq üçün bir çox kremlər istehsal edir ki, bu halda əsas onlardan düzgün istifadə edə bilməkdir. Həmçinin gündəlik qulluq kimi su masajı da çox effektivdir. Bu sadəcə duşdan gələn su axınını 5-7 dəqiqə ərzində sinənin masaj xətlərinə yönəldilməsidir (çiyinlərdən sinənin mərkəzinə doğru). Əgər sizin dekolte sahəsində səpgi varsa və ya dəriniz nahamardırsa, bu zaman siz dəniz duzundan vannalar qəbul edə bilərsiniz.
Dekolte zonasını həftədə bir dəfə skrabla emal etmək, sonra qidalandırıcı maska etmək lazımdır. Gündəlik istifadə üçün tərkibində otların cövhəri və kollagen olan krem uyğun gələcək.
 
Xalq metodları
Xalq tibbi sinə üçün maska kimi növbəti qarışıqdan istifadə etməyi məsləhət görür: 100 q. yağlı xama, 1 ç.q. araq, limonun yarısı və təzə xiyar.
 
Kosmetik prosedurlar
Dekolte zonası üçün yalnız kosmetik vasitələrdən deyil, həm də kosmetik prosedurlardan istifadə etmək olar. Məsələn belə prosedurlardan biri mezoterapiya adlanır ki, bu prosedura nəticəsində dərini qidalandıran xüsusi maddələr inyeksiya yolu ilə dəriyə vurulur.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 5 069
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri