Gözəlliyiniz ücün 13 məsləhət

Müəllif: adsiz-a
Şərhlər: 4
Baxılıb: 2 785
Səs ver:
(səs: 1)
1. Yumurtanın ağı dərinizdə olan məsamələri götürür və təravətləndirir.
2. Yulaf dərini yumşaldır. Yulaf özünün yumşaldıcı təsiri ilə ən məşhur qidadır. Bir qədər bal, limon suyu və yulafı qarışdırb maska hazırlayın. Üz dərinizə çəkin. Bu maska dərinizi təravətləndirər və yumşaldar. Ondan hətta əlinizə də bir qədər töküb yuya bilərsiniz. Əllərinizin yumşaldığını hiss edəcəksiniz.
3. Sirkə saçlarınıza parlaqlıq verəcək. Ayda iki dəfə sirkə ilə saçlarınızı durulayın. Siz saçlarınızın tədricən parlaq və möhkəm olduğunu hiss edəcəksiniz.
4. Bal və şəkər tozu dərinizi qidalandırır və gücləndirir. Bal və şəkər tozunu qarışdırın. Bu skarabla dərinizi təmizləyin. 
5. Limon suyu açıcı təsirə malikdir. Saçlarınızı limon suyu ilə durulasanız, o saçınıza həm parlaqlıq verəcək, həm də saçlarınızın rəngini tədricən açacaq. Limon suyu həm də üz dərisində olan piqment ləkəsini də açır. Həsas dərisi olanlar limon suyundan istifadə zamanı ehtiyatlı olmalıdır.
6. Kofe sellulitə qarşı effektli vasitədir. Kofedən hazırlanmış maddəni sellulitə olan hissələrə tətbiq edin. Təsirini tez bir zamanda görəcəksiniz.
7. Çay paketləri gözlərinizə parlaqlıq verəcək. Qara çay paketini gözlərinizin üzərinə 10 dəqiqəlik qoyun və gözərinizin yenidən parladığını görəcəksiniz.
8. Aspirin dərini təmizləmək üçün güclü təsirə malikdir. 2 aspirin dənəsini və bir çay qaşığı balı qarışdırın və gözlərinizin ətrafına çəkin. 10 dəqiqədən sonra bol su və dairəvi hərəkətlərlə yuyun. Dərinizin təravətəndiyini və qızartıların yox olduğunu hiss edəcəksiniz.
9. Zeytun yağı qidalandırıcı və yumşaldıcı effektə malikdir. Dərinizi qidalandırmaq üçün zeytun yağı çəkin və 10-15 dəqiqə sonra yuyun. Zeytun yağını bədən üçün skrabların içinə də əlavə edib istifadə edə bilərsiniz. Zeytun yağı həm də gözəl makiyaj silici kimi də istifadə olunur.
10. Soda və çiyələk dişlərinizi ağardacaq. 1 ədəd çiyələk və yarım çay qaşığı sodanı qarışdırb sıyıq halına gətirin və diş fırçası ilə dişlərinizə sürtün. 5 dəqiqə sonra dişlərinizi yuyun. Dişlərinizin ağardığını hiss edəcəksiniz.
11. Ağ saçların qənimi gicitkəndir. Gicitkəni qaynadıb alınan su ilə saçlarınız hər gün axşam masaj etsəniz 1 həftədən sonra ağ saçlarınızı gözə çarpacaq qədər azaldığını görəcəksiniz. Gicitkən dəmləməsini içsəniz, bu sizin gözlərinizə gözəl təsir edəcək. 
12. Qarğıdalı sizə arıqlamağa kömək edəcək. 6 qaşıq qarğıdalı dənələrinin üzərinə 2 stəkan su əlavə edib 30 dəqiqə ərzinda az odda qayatmaq lazımdır. Sonra hər gün bərabər porsiyanı 4 dəfə yemək lazımdır. Bu sizə ayda 5 kq arıqlamağa yardım edəcək.
13. Bal, qliserin və 2 xörək qaşığı suyu qarışdırın. 1 çay qaşığı yulaf və ya buğda unu əlavə edib qarışdırın . Alınan maskanı dırnaqlarınızın ətrafına çəkin. 25-30 dəqiqə saxlayın. Bu dırnaqlarınızı və ətraf ətlərini gücləndirəcək.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 785
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri