Monika Beluççidən gənclik resepti: ... və gülün

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 466
Səs ver:
(səs: 2)
Məşhur hollivud aktrisası Monika Beluççi iddia edir ki, seks bədəni formada saxlamağa kömək edir, ruhi müvazinəti bərpa edir.
 
kişiləri özünə valeh edən  51 yaşlı  aktrisa öz açıqlamasında heç vaxt idmanla məşğul olmadığını, eləcə də, pəhriz saxlamadığını söyləyib:
"Mən səhər saat 6-da yuxusuna haram qatıb idman zalına gedənlərdən deyiləm. Arıqlamaq istəyirəmsə, çəkilişlərdən bir neçə gün əvvəl makarondan imtina edirəm. Düzü, mən tort və makaron məmulatları olmadan yaşaya bilmərəm. Bəzən özümə bir qədəh qırmızı şərab və siqaret çəkməyə də  icazə verirəm. Gənc qalmaq istəyən qadınlara doyunca yatmağı məsləhət görürəm. Gəncliyinizi qorumaq istəyirsinizsə, hər gün sevişin və çoxlu gülün. Onda qalan hər şey arzuladığınız kimi olacaq”.
 
Monika hesab edir ki, qadının seksuallığı çılpaq bədəndən deyil, ifadəli baxışlarından ibarətdir:
"İndi peşə baxımından ən gözəl yaşdayam. Mənim şəxsi həyatım artıq qurulub, iki gözəl qızım var, üstəlik, boş vaxtım da yoxdur. Kifayət qədər ömür yaşamışam və böyük həyat təcrübəm var, hər xoş məqamı qiymətləndirməyi bacarıram. Tənha qadın, əslində, azad qadın deməkdir. İndi özümü heç vaxt hiss etmədiyim qədər yaxşı hiss edirəm” - söyləyib.
 
Xatırladaq ki, Monika həyat yoldaşı Vensan Kasseldən 2013-ci ildə ayrılıb.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 466
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri