Cennifer Lopezin cazibədarlıq sirri: alkoqola yox, kələmə hə!

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 490
Səs ver:
(səs: 2)
46 yaşlı pop diva "US Weekly” jurnalına verdiyi açıqlamada formada qalmasının sirlərindən danışıb.
 
Məlum olduğu kimi Ceylo 46 yaşında olsa da, mükəmməl formada qalmağı bacaran nadir ulduzlardandır. Bunun üçün o, bir çox üsullara əl atır. Ümumiyyətlə, onun rejimi üçün dəmir iradə tələb olunur. Ulduzun gözəllik qaydalarına idman, sağlam qidalanma, alkoqol və əyləncə gecələrindən mümkün qədər uzaq durmaq daxildir:
 
"İçmirəm, çəkmirəm və kofeindən istifadə etmirəm. Yaş artdıqca bu, ilk növbədə dəridə özünü göstərir. Günəş vannasını tez-tez qəbul etmirəm. Qaralmaq istəyəndə günəşin ultrabənövşəyi şüalarından qorunmaq üçün dərimə SPF tərlkibli çoxlu krem çəkirəm. Günəşin altında çox az dayanıram, ona görə də dərim yaxşı qalıb”.
 
Lopez göyərti və tərəvəzlərə olan sevgisini də etiraf edib:
 
"Biz çoxlu brokkoli, kahı və kələm yeyirik”.
 
Seksual ulduz gözəllik üçün yuxunun da böyük rolu olduğunu bildirib. Gərgin qrafiklə işləyəndə sutkada 10 saat yatmağa çalışdığını da deyib. Müğənninin ideal formada qalmasının əsas sirri, sözsüz ki, idmandır. O, demək olar ki, idman zalında saatlarla məşq edir. Üstəlik, onunla məşğul olan iki məşqçisi var:
 
"Nyu-Yorkda olanda Devid Kirşemlə işləyirəm. Los-Ancelesdə isə mənimlə Treysi Anderson məşğul olur. Onların verdiyi proqramı yerinə yetirmək çox xoşuma gəlir”.
 
Cennifer üçün mənəvi rahatlıq da önəmlidir. Belə ki, ulduz stressdən uzaq olmaq üçün gündə 20 meditasiya edir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 490
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri