Quru və çatlamış dodaqlara paket çayla qulluq

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 1 674
Səs ver:
(səs: 2)
Soyuq hava dodaqların quruyub çatlamasına səbəb olur.
 
Çatlara qarşı ən yaxşı vasitənin vazelin olduğu deyilsə də, bir çox xanım həm qoxusu, həm də həddən artıq yağlılıq hissi verdiyi üçün vazelinə müraciət etməkdən çəkinir. Məşhur brendlərin istehsal etdikləri dodaq balzamları isə baha olmaqla yanaşı, çatlara qarşı təsirli deyil.  
 
Çatlardan xilas olmaq üçün sadəcə 1 ədəd paket çaya (yaşıl və ya qara çay ola bilər) və bir fincan isti suya ehtiyacınız var. Paket çayı qaynar suda 2-3 dəqiqə saxlayın. Daha sonra sudan çıxarıb dodaqlarınızın üstünə qoyun. 5-10 dəqiqə qalması kifayət edəcək.
 
Paket çay ölü dəriləri təmizləməklə yanaşı, yeni hüceyrələrin yaranmasını da sürətləndirir. Bu üsulu həftədə iki dəfə tətbiq etsəniz, dodaqlarınız daim hamar və yumşaq qalacaq.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 674
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri