Üzünüzdəki yorğunluğu gizlətmək üçün makiyaj hiylələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 499
Səs ver:
(səs: 1)
Bəzən hamımız səhərlər çox yorğun, şişmiş gözlərlə və halsız oyanırıq. İşə gedən xanımlar bu yorğunluğu makiyajla gizlətməyə çalışır, lakin düzgün makiyaj etmədikdə buna nail olmaq mümkün olmur. Biz sizə üzünüzdə və gözlərinizdəki yorğunluğu gizlədərək, daha canlı görünməyinizə kömək edəcək bəzi makiyaj hiylələrini təqdim edirik. İlk növbədə üzünüzü soyuq su ilə yuyun.
Yorğun cildə ağır makiyaj etməmək lazım olduğunu unutmayın. Həmişə istifadə etdiyiniz tonal krem əvəzinə bb kremi və ya rəngli nəmləndirici kimi daha yüngül vasitələrdən istifadə edin. Çünki ağır makiyaj üzünüzü daha da yorğun göstərə bilər.
Göz ətrafınızdakı qaralmaları açıq rəng konsiler əvəzinə şaftalı rəngdə olan, dərinizin rəngindən bir ton açıq rəngdəki konsilerlərdən istifadə etməklə gizlədə bilərsiniz.
Sarı və boz rəngə çalan konsilerlərdən uzaq durun.
Şəffaf kirşandan istifadə edin. Bu cür kirşan həm çox yüngül, həm də ipək kimi bir görünüş yaradır.
Ənlik seçimində çəhrayı və onun daha aşağı tonlarına üstünlük verin. Sarı, qəhvəyi və parıltılı ənliklərdən uzaq durun.
Qaşlarınızı uyğun rəngdə bir qələmlə doldurun.
Gözlərinizə qalın layner və tünd rəngdə göz kölgələri çəkməyin. Bunun əvəzinə krem, çəhrayı və şaftalı rəngində olan göz kölgələrindən istifadə edin.
İncə bir layner çəkmək və ya kirpiklərinizin diblərinə tünd qəhvəyi rəngdə bir göz kölgəsi sürtməklə gözlərinizin daha diqqətə çarpan olmasına şərait yarada bilərsiniz.
Dəbdəbəli və uzun quyruqlu layner çəkməyin. Bununla yanaşı, laynerin və ya kölgənin ucunun qaşınızın bitmə nöqtəsindən aşağıda olmamasına diqqət yetirin. Bu, gözlərinizi daha yuxarıda və dinamik göstərəcəkdir.
Kirpiklərinizi bir-birinə yapışdırmayan, dən-dən göstərən bir tuş istifadə edin.
Alt kirpiklərinizin diblərinə heç nə vurmamağa çalışın. Həmçinin, alt kirpiklərinizə tuş çəkməyin. Çünki bu, gözlərinizin aşağı çəkilməsinə səbəb olur.
Qəhvəyi, açıq qəhvəyi, tünd qırmızı, bənövşəyi və qızılı rəngdə olan pomadalar yerinə açıq çəhrayı və şaftalı rəngdə olan pomadalar çəkə bilərsiniz.
Gözünüz yorğun olduqda kirpik dibləriniz acışa bilər. Bu hallarda tuş və layner çəkməyib kirpik qatlayıcılardan istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 499
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri