Qaşların və kirpiklərin tökülməsi səbəblər

Şərhlər: 7
Baxılıb: 3 192
Səs ver:
(səs: 1)
Qaş və kirpiklərin tükcükləri daim tökülür və yeniləri ilə əvəz olunur. Bu təbii prosesdir. Qaşların və kirpiklərin sıxlığı bu zaman dəyişilmir.

Yaşlı insanlarda qaşlar və kirpiklər seyrəlir. Bu insan orqanizminin ümumi qocalması ilə bağlı olan normal fizioloji prosesdir.
Lakin bəzən cavan insanlarda qaşlar və kirpiklər sürətlə tökülməyə başlayır, xeyli seyrəlir, "keçəlləşir". Bu artıq patoloji prosesdir və orqanizmdə olan hər hansı pozulmanın simptomudur.

Qaşların və kirpiklərin tökülməsinin səbəbləri arasında:

- Kosmetikaya allergiya. Bu ən yayılmış səbəbdir. Tuş, karandaş, göz kölgələri, gözətrafı sahəsi üçün olan kremlər və s. kosmetik vasitələr allergiyaya səbəb ola bilər. Bunun nəticəsində qaşlar və kirpiklər tökülməyə başalayır. Göz nahiyəsinə vurulan kosmetik vasitələrdən, kremlərdən imtina edin və orqanizmin reaksiyasına baxın.

- Kirpiklərin uzadılması. Bu prosedura zamanı təbii kipriyin üzərinə süni və ya təbii tükcük yapışdırılır. Bir müddət qadın çox caxibədar görünür. Lakin süni kirpiklər çıxarıldıqdan sonra məlum olur ki, qadının öz kirpiklərinə ciddi ziyan vurulub - onlar nazilib, seyrəlib, tökülür. Beləliklə, bu proseduraya müraciət etdikdən əvvəl yaxşı fikirləşməlisiniz. Kirpikləriniz zəif və nazikdirsə, bu proseduradan ümumiyyətlə imtina edin.

- Dəri altı gənələr (demodekoz). Bu mikroskopik gənələr tük follikuluna daxil olur, burada iltihaba səbəb yaradır ki, nəticədə qaşlar və kirpiklər tökülür. Bu xəstəliyi dermatoloq müalicə edir.

- Qalxanvari vəzi funksiyalarının pozulması. saçların və həmçinin qaş və kirpiklərin tökülməsinə səbəb ola bilər.

- Güclü stress. saçların və həmçinin qaş və kirpiklərin tökülməsinə gətirib çıxarda bilər. Nevropatoloqa müraciət edin, lazım olan müalicə alın.

- Göz qapağının iltihabı. olan blefarit kirpiklərin tökülməsinə səbəb olur. Blefarit zamanı qöz qapağı ödemləşir, qızarır, qaşınır, insan işığa baxa bilmir. Bu pozulmanı oftalmoloq müalicə edir. Xəstəlik müalicə olunduqdan sonra kirpiklər bərpa olunur.

- Autoimmun pozulmalar. Bu pozulmalar zamanı insanın immun sistemi orqanizmin öz sağlam hüceyrələrini məhv etməyə başlayır. Bu saç, kirpiklər, qaşlar da ola bilər. Bu xəstəliklər çox çətinliklə müalicə olunur.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri