Ayaqlarımızı necə uzun göstərə bilərik?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 7 955
Səs ver:
(səs: 2)
rəngli, ayaqqabılar, olmalıdır, göstərir, zaman, verin, geyinin, gəldikdə, çəkmələr, onların, uzunluqda, seçin, rəngi, ayaqları, göstərmək, alçaqboylusunuzsa, lakin, olmasından, formadan, optimal
Bəzi xanımlar ayaqlarının qısa olmasından şikayətlənir və daha uzun görünməyin yollarını axtarırlar. Qeyd edək ki, ayaqları uzun göstərmək üçün hündürdaban ayaqqabılar heç də yaxşı çıxış yolu deyil. Belə ki, onların üstündə gəzmək heç də asan və rahat olmur. Ona görə də ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin – çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.
Bundan əlavə, sizə bir neçə vizual üsullar təqdim edirik. Hər zaman eyni rəng qammasında paltarlar geyinin. Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir. Ən əsası isə, paltarda üfüqi xətlərdən uzaq olun. Ayaqqabılara gəldikdə, onların rəngi corabınızın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmələr geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Ayaqqabının dabanlarına da diqqət etmək lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburun ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaqboylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 santimetr olmalıdır.
Çəkmələrə gəldikdə isə, klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin. Onun boğazı isə orta uzunluqda olmalıdır. Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlar geyinin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir. Siz həmçinin, tünd rəngli dar şalvar da seçə bilərsiniz. Uzun ətəklər isə sizə yaraşmaz. Orta uzunluqda ətəklərə üstünlük verin. Həmçinin, kəsiklər də ayağı uzun göstərir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 7 955
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri