Gözəl qocalmaq xüsusi istedaddır

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 1 912
Səs ver:
(səs: 2)
İndi öz yaşını gizlətmək "dəb” halını alıb. Lakin gözəlliyini qoruyub saxlayan tanınmış ulduzlar yaşlarından qətiyyən narahat deyil. Bu qadınların yaşa olan münasibəti də fərqlidir.
 
Salma Hayek, 49 yaş:
"İyirmi yaşım olanda qocalmaqdan yaman qorxurdum. Amma sonra başa düşdüm ki, istənilən yaşda gözəl görünmək  olar. 50 yaşda biz hələ çox gəncik".
 
44 yaşlı aktrisa Anastasiya Zavarotnyuk:
"Xarici görünüşünüzə daha çox vaxt ayırın, baxımlı olun.  Onda hamı sizin gözəlliyinizdən danışacaq. Özünüzə xərclədiyiniz vaxt və qulluq heç zaman boşa getmir. Bu, sizin əhval-ruhiyyənizə də təsir edir”.
 
57 yaşlı aktrisa Şeron Stoun:
"Gənc olmaq darıxdırıcıdır. Mən həmişə yetkin qadın olmaq istəyirdim.
 
51 yaşlı Sandra Ballok:
"Özümü 30 yaşında hiss edirəm, amma sözsüz ki, indi daha ağıllı, daha təcrübəli  və daha çox şeyə nail olmuşam. Mənim həyatım o qədər gözəldir ki, ötən illərimi heç vaxt geri qaytarmaq istəmişəm. Hətta buna görə çoxlu pul versələr belə...”.
 
50 yaşlı aktrisa Kristin Devis:
"Plastik əməliyyat etdirməkdən qorxuram. Axı ondan sonra özünə oxşamayacaqsan.  Yaxşı görünmək istəyirsinizsə, sadəcə, 3 kq arıqlayın və saç düzümünü dəyişin”.
54 yaşlı aktrisa Culiana Mur:
"Əlli yaş xüsusilə vacibdir, çünki o yaşda artıq bir çox şeyi yaşamısan. Bu səbəbdən, biz vaxtı daha çox qiymətləndirməyə başlayırıq. Digər tərəfdən, indi qadınlar daha çox yaşayır, gec yaşda ana olur, təqaüdə çıxmaq əvəzinə uğurlu karyeradan ləzzət alırlar".
 
48 yaşlı aktrisa, rejissor və ssenarist Renata Litvinova:
"Qadınlar üçün qocalmaq əsl dramdır. Gözəl qocalmaq isə xüsusi istedaddır. Bu faktı qəbul etmək və öz üzərində işləmək lazımdır".
 
49 yaşlı aktrisa Holli Berri:
"Qırx yaşına yaxın anlamağa başlayırsan ki, xoşbəxtlik özündən asılıdır. Buna görə də, onu hər yerdə axtarmağa son qoydum. Əksinə, onu artıq hər yerdə görməyə başladım”.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri