Bədən tipinə uyğun şalvar modelini tap!

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 5 242
Səs ver:
(səs: 1)
Qış mövsümündə ən çox istifadə edilən geyimlərdən biri də cins şalvarlardır. Demək olar ki, hər rəng geyimlə yaraşan cins şalvarın modelini doğru seçmədikdə kombinləriniz uğursuz alına bilər.
 
Çünki cins şalvar alarkən bədən tipinizi və çəkinizi nəzərə almalısınız. Əks təqdirdə, olduğunuzundan daha kök görünə bilərsiniz.
 
Tündrəngli cins
Tünd rəng cins heç vaxt dəbdən düşmür. Üstəlik, belə şalvarı demək olar ki, hər cür kofta və köynəklə geyinmək olur. İdeal çəkidə olmayanlar ayaqlarını daha biçimli göstərmək üçün bu cür cinslərə üstünlük verməlidirlər.
 
Enlibalaq cins
Ayaqlarınız incə və uzun deyilsə, enlibalaq cins geyinməyiniz məsləhət deyil. Belə halda ya bol kəsimli şalvar geyinin, ya da bədənə yapışan cinsi uzun kofta ilə tamamlayın.
 
Qeyri-adi modellər
Trendləri təqib etmək gözəldir, ancaq sizə yaraşanı tapmaq daha önəmlidir. Mağazaya gedin və bütün cins modellərini geyinərək sizə ən çox hansının yaraşdığını tapın. Daha öncə heç müraciət etmədiyiniz modelləri sınaqdan keçirməkdən çəkinməyin.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 242
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri