Qaşlarınızın qalınlaşması üçün nə etməlisiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 193
Səs ver:
(səs: 1)
Bir diş sarımsağı iki yerə bölün, ancaq bıçaq və ya kəsici alətlə yox, əlinizlə bölməyə çalışın. Bir yarısını bir qaşınıza, digər yarısını isə o biri qaşınıza alın nahiyəsindən başlayaraq sürtün. Sarımsağı sürtdüyünüz vaxt qaşınıza yaxşıca sıxaraq sürtün ki, sarımsağın suyu çıxsın və qaş diblərinizə nüfuz etsin. Bu prossesdən sonra 1 çay qaşığını zeytun yağını balaca bir qabda isitdikdən sonra qulaq təmizləmə çöpü ilə qaşlarınıza sürtün. Bunları hər gecə yatmazdan əvvəl etməlisiniz. Üzünüzü isə səhər duranda yaxşıca yumalısınız ki, gecədən qalan sarımsaq və zeytun yağı təmizlənsin. Əgər sarımsağın iyi xoşunuza gəlməsə, sarımsaq yerinə sarımsaq yağı da istifadə edə bilərsiniz.

Makiyajın köməyi ilə qaş qalınlaşdırma üsulu:
Əgər qaş köklərinizdən yeni qaş tükləri çıxmırsa və ya mənim bunları eləməyə nə vaxtım, nə də hövsələm var deyirsinizsə, xüsusi qaş qələmindən istifadə edə bilərsiniz. Keyfiyyətli göz qələmi də sizə kömək ola bilər, ancaq siz yenə də qaş qələmi alın. Qəhvəyi tonlarda alacağınız qaş qələmi ilə qaşınız arasındakı boşluqları doldurub, istədiyiniz qalınlıqda çəkərək təbii görünüş əldə edə bilərsiniz. Əgər qara rəng göz və ya qaş qələmi seçsəniz, qaşlarınız kobud və təbii görünüşdən uzaq olacaq. Qaş qələmini tüklərin çıxış yönündə və sərt basaraq deyil, balaca və kiçik toxunuşlarla çəkməlisiniz. Beləliklə, təbii görünüş əldə edə bilərsiniz.

Qaş konturu ilə qaş qalınlaşdırma:
Qalıcı makiyaj üsulu ilə qaş tatusu da etdirə bilərsiniz. Xüsusi rənglərlə dəri altına işlənərək edilən qaş tatusu qaşları qalınlaşdırmaq üçün bir seçim ola bilər. Amma bu üsul təbii görüntü baxımından bir az uzaqlamış olacaq. Əgər qaşlarınız çox seyrəkdir və heç yeni qaşınız çıxmırsa, son çarə bu üsul ola bilər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 193
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri