Soyuq havalarda gözəl görünməyin sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 829
Səs ver:
(səs: 1)
Bütün qadınlar üçün gözəl görünmək olduqca vacibdir. Xanımlara soyuq havalarda gözəl görünmək üçün bir neçə təklif hazırlanıb.

Nəmləndirici kremlərdən istifadə edin.
Əl və ayaqlarınıza nəmləndirici krem çəkin. Soyuq havanın dərini daha da qurutduğu üçün dəri növünüzə uyğun nəmləndirici maskalar tətbiq edin. Həmçinin dəri növünüzə uyğun gündüz və gecə kremləri istifadə etməyi də unutmayın

Artıq çəkinizdən azad olun.
Qış geyimləri qalın olduğu üçün sizi olduğunuzdan daha kök göstərir. Olduğunuzdan daha kök görünmək istəmirsinizsə, dietaya başlamaqda fayda var. İdmanla məşğul olun, çoxlu gəzin, sağlam qidalanın.

Stressdən uzaq olun.
Stress başdan ayağa qədər bədənə neqativ enerji göndərir və üz hüceyrələrinizə zərər verir. Ağacı qurd, insanı isə dərd yeyir. Sızanaqlar, saç tökülməsinin əsas səbəbləri stressdir. Buna görə də stressdən uzaq durun.

Lazımsız tüklərdən lazer epilyasiyası ilə qurtulun.
Qışda qalın geyindiyiniz üçün tüklərinizin görünmədiyini düşünürsünüz. Ancaq bununla siz özünüzü aldadırsınız. Tükləriniz görünməyə bilər, ancaq qadın hər zaman fəsildən asılı olmayaraq baxımlı olmalıdır.

Saçlarınıza fikir verin.
Qadınların ən əsas aksessuarlarından biri də saçlarıdır. Bütün qadınlar gözəl və güclü saçlara sahib olaraq əks cinsin nümayəndələrinin diqqətini cəlb etmək istəyirlər. Yayda qurumuş və codlaşmış saçlarınızı qış aylarında canlandırmaq üçün maskalardan istifadə edin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 829
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri