Yanaqların qırmızı olması üçün nə etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 787
Səs ver:
(səs: 2)
Gözəl görünmək hər bir qadının arzusudur. Gözəl üzə sahib olmaq üçün ən vacib detallardan biri də gözəl yanaqlara sahib olmaqdır. Biz bu yazımızda yanaqların təbii şəkildə qırmızı olması üçün nələr etməli olduğunuzu yazmışıq.

Qidalanma
Menyunuzda C və E vitamini ilə zəngin olan sitrus meyvələri və yaşıl yarpaqlı tərəvəzlər kimi qidalara daha çox yer verin. Süd də dəri sağlamlığı üçün olduqca təsirlidir. Belə qidalardan istifadə etsəniz, bir müddət sonra dərinizin rənginin dəyişdiyini və canlandığını görəcəksiniz.

Maskalardan istifadə edin
Gözəl və sağlam dəriyə sahib olmağın digər bir yolu da maskalardan istifadə etməkdir. Yarım bananı əzib püre halına gətirdikdən sonra üzünüzə çəkin, 20 dəqiqə saxladıqdan sonra yuyun. Bundan əlavə xiyarla edilən maska da dəriyə çox yaxşı təsir edir, göz altındakı şişkinlikləri və qaralmaları xeyli miqdarda azaldır.

Su için
Qırmızı yanaqlara sahib olmağın təbii üsullarından bir digəri də bol miqdarda su içməkdir. Su dərinizi içindən nəmləndirərək gümrah və sağlam olmasını təmin edir.

"Peeling” elətdirin
Davamlı olaraq "peeling” elətdirmək dəriyə çox yaxşı təsir edir. "Peeling” dərini ölü hüceyrələrdən və toksinlərdən azad edərək təmiz bir dəriyə sahib olmanıza şərait yaradır. Bunun üçün dükanlarda satılan "peeling” maskaları və ya evdə qarğıdalı unu və qatığı qarışdırıb hazırlayacağınız maskadan istifadə edə bilərsiniz.

İdmanla məşğul olun
Voleybol, yerimək, üzmək və ya digər idman növləri yanaqların təbii şəkildə qırmızı olmasına şərait yaradır. İdman etmək qan dövranını sürətləndirdiyi üçün dərinin parlaq və sağlam görünməsini təmin edir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 787
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri