Vazelini nələrdə istifadə etmək olar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 946
Səs ver:
(səs: 3)
Vazelin demək olar ki, hamının evində olan, həm ucuz, həm də çox faydalı bir kosmetik vasitədir. Bunu təkcə dərini yumşaltmaq üçün deyil, bir çox başqa məqsədlər üçün də istifadə etmək olur. Biz bu yazımızda sizə bunların nələr olduğu barədə yazmışıq. Vazelinin istifadə edildiyi yerlər:
Taxma kirpikləri yapışdırmaq üçün: Taxma kirpiklərin altına bir az vazelin vurub yapışdırın, beləliklə, daha möhkəm yapışdığını görəcəksiniz.
Ayaqları yumşaltmaq üçün: Ayaqlarınıza hər gecə bir az vazelin çəkib corablarınızı geyinməklə yumşaq ayaqlara sahib olacaqsınız.
Uzun və qalın kirpiklər üçün: Kirpiklərinizə hər gecə pambıqla bir az vazelin çəkin. Zaman keçdikcə kirpiklərinizin uzandığını və qalınlaşdığını görəcəksiniz.
Dizlər və dirsəkləri yumşaltmaq üçün: Diz və dirsəkləriniz qurudursa, onları yumşaltmaq üçün vazelindən istifadə edə bilərsiniz.
Dodaqları nəmləndirmək üçün: Dodaqlarınıza hər gün bir az vazelin çəkməklə həm nəmli saxlaya, həm də qurumasının qarşısını ala bilərsiniz.
Ölü dərini atmaq üçün: Bir stəkan şəkər tozu və ya dəniz duzunu bir az vazelin ilə qarışdırın və dərinizi təmizləyin. Bu qarışığı həm də dərinizi nəmləndirmək üçün də istifadə edə bilərsiniz.
Pomada hazırlanmasında: Kakao ilə bir az vazelini əridib qarışdırın. Sonra bir qaba qoyub bərkiməsini gözləyin. Beləliklə, nəmləndirici və tünd rəngli bir pomada əldə etmiş olacaqsınız.
Makiyajı təmizləmək üçün: Ağır və zərərli kimyəvi vasitələr yerinə vazelin ilə makiyajınızı təmizləyə bilərsiniz.
Kəpəyi azaltmaq üçün: Başınıza bir az vazelin çəkib diblərini masaj edin. Bu, dərinizin qalxmasının və qaşınmasının qarşısını alır və beləliklə də kəpəklərin azalmasına şərait yaradır.
Yaraların tez sağalması üçün: Əməliyyat və zədələnmə nəticəsində yaranan yaraların daha tez sağalması üçün hər gün vazelin çəkin.
Dəri çanta və ayaqqabıları parıldatmaqda: Dərilərin parıldaması üçün çanta, ayaqqabı və digər dəri vasitələrini vazelin ilə sürtün.
Makiyaj ləkələrini aparmaq üçün: Paltarlarınıza dəyən göz qələmi və ya digər makiyaj ləkələrini təmizləmək üçün bir az vazelin çəkib sonra durulaya bilərsiniz.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 4 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri