Ayaqları gözəlləşdirən yağ maskası

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 3 633
Səs ver:
(səs: 3)
Qısa müddətdə arıqlamaq və ya hərəkətsiz həyat tərzi keçirmək ayaq dərisinin sallanması ilə nəticələnə bilər.
 
Bir sıra yağlar dərini möhkəmlənidirir və sellülit probleminin, dəri sallanmasının qarşısını alır. Məsələn, lavanda yağı yağları əridir, qaysı tumu yağı dərini möhkəmləndirir, yosun yağı sellülitləri yox edir, kətan toxumu yağı isə dərini hamarlaşdırır.
 
Bundan başqa, kakao, qreypfrut, kəklikotu, portağal və çiyələk yağından da ayaqları gözəlləşdirmək üçün geniş  şəkildə istifadə edilir.
 
Ayaqları gözəlləşdirən maska:
1 çay qaşığı qreypfrut yağı
1 çay qaşığı qaysı yağı
2 çay qaşığı küncüt yağı
2 xörək qaşığı çiyələk yağı
2 çay qaşığı avokado yağı
2 xörək qaşığı portağal yağı
 
Siyahıdakı bütün yağları qarışdırıb gündə 1 dəfə ayaqlarınıza çəkin. Ən azı 15 dəqiqə masaj edin. Daha sonra ayaqları duş geli ilə köpürdüb bədən fırçası ilə dairəvi masaj edin. Soyuq su ilə təmizləyin.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 633
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri