Baharın romantikasına uyğun pencək dəbi

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 3 948
Səs ver:
(səs: 3)
Hansı üslubda geyinməyinizdən asılı olmayaraq, işdə ciddi dress-kod tələb olunmasa da, pencək hər bir qadın qarderobunun zəruri əşyasıdır. Pencək bir çox geyimlə uzlaşan universal geyimdir. O, həm gündüz, həm də axşam obrazının əsas tamamlayıcısıdır.
 
Bu bahar nə cür pencəklər dəbdə olacaq?
Baharın gəlişi ilə pencəklər dəb gündəmini zəbt edir. Oxucuları pencək dəbi ilə tanış etməzdən qabaq bildirək ki, əsl modapərəstin bir neçə pencəyi olmalıdır. Onlar da öz növbəsində fason və rənglərinə görə müxtəlif olur. Məsələn, klassik qara pencəkləri cins, futbolka, kokteyl paltar, hündürdaban, eləcə də, idman ayaqqabıları ilə uyğunlaşdırmaq mümkündür.
 
Qarderobun rahat və dəbli predmeti olan pencək, demək olar ki, aparıcı dünya dizaynerlərinin hər kolleksiyasında yer alıb. Bahar kolleksiyalarında dizaynerlər pencəkləri müxtəlif modellərdə - rəngli, birdüyməli, ikidüyməli, uzun və qısa formada, o cümlədən, etnik naxışlı variantlarını təqdim ediblər. İlin ən dəbli rəngləri arasında qara, boz, sarı, ağ və çəhrayının müxtəlif tonları var.
 
Daha zərif obraz üçün jaket tərzində, məsələn,  tvid parçadan tikilən pencək əldə edin.  Belə pencək istənilən obrazı çox yaxşı tamamlayacaq. Belə pencəklər qadını həm ciddi, həm cazibədar göstərir. Ümumiyyətlə, bahar ayları üçün ən yaxşı üst geyim növü tvid pencəkdir. Tvid hazırda dəb ilahələrinin də ən çox üstünlük verdiyi parçadır. Belə pencəkdə diqqətdən kənar qalmaq mümkün deyil.
 
Bu ilin pencək dəbinə smokinq tərzi də daxildir. Bu cür pencəklər xüsusilə nəfis axşam obrazı üçün uyğun gəlir.
 
Bir çox stilistlər sadə dəsti gözəlləşdirən ənənəvi olmayan qadın pencəyini məsləhət görür. Bu mövsümdə məxmər və zamşa  kimi parçalar çox aktualdır. Lakin yaxşı olardı ki, məxmər pencəkləri gecə dəvətlərinə geyinəsəniz. Məsələ ondadır ki, məxmər pencək gündüz obrazını ağırlaşdırır və sahibini daha yaşlı göstərir. 
Qısa pencəklər fəslin ən dəbli tendensiyasından biridir. Belə pencək demək olar ki, istənilən geyimlə gözəl uyğunlaşır: ideal ofis ansamblı yaratmaq üçün onu ətək-karandaşla, cins şalvarla və ya sadə donla geyinin.
 
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri