70-ci illərin unudulmuş dəbi yenidən gündəmdə

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 037
Səs ver:
(səs: 0)
Moda - müxtəlif dövr tendensiyalarının, ideya və xatirələrin mürəkkəb burulğanıdır. Bəzən artıq unudulmuş mövzular qəfil podiumlara qayıdır. Hər yeni mövsüm dəb tendensiyalarını təhlil edərək, köhnə üslubların müasir dəbə qayıtdığını  müşahidə edirik.
 
Xüsusilə, 70-ci illərin fasonları, unudulmuş üslubları bu il müasir dəb dünyasının əsas leytmotivi olub.
 
70-ci illərin təsiri dəb  dünyasında hökmranlıq etməyə davam edir. Modapərəstlər də bu vəziyyətdən şikayətçi deyil. Məsələn, 70-ci illərin ən populyar materiallarından olan yumşaq dərilər, zamşa baharın əsas trendi olacaq. Dizaynerlərin əksəriyyəti də bu bahar ənənəvi klassik plaşların zamşadan tikilmiş variantlarını təklif edir.
Daha çox qəhvəyi tonları diqqət çəkən plaşları modapərəstlər qısaboğaz və qalın dabanlı çəkmələrlə birləşdirir. Bu plaşların ən mükəmməl vəhdəti isə cins şalvarlarladır. Başdan-ayağa qara  geyinməklə seksual dəst yaratmaq da öz əlinizdədir. Qəhvəyi ilə qaranın birləşməsi cazibənizi daha da qüvvətləndirəcək.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri