Yazı gözəl bədən quruluşu ilə qarşılayın

Müəllif: Qlamurr
Şərhlər: 4
Baxılıb: 3 189
Səs ver:
(səs: 2)
Qarşıdan yaz və yay fəsli gəlir. Üst geyimləri çıxdıqca insan bədəni ilə daha yaxşı tanış olur. Qış boyu fikir vermədiyiniz bədəniniz yazda sizi təəssüfləndirə bilər.
Dietoloqlar ilk növbədə yatmazdan əvvəl atışdırmaların daha çox yağlanmaya səbəb olduğunu deyir. Aile.lent.az yaz-yay fəslinə gözəl bədən quruluşu ilə daxil olmağın yollarını sadalayır.
 
Şəkərsiz bitki çayı için
Şəkərsiz içilən bitki çayları iştahı azaltmağa kömək edir. Yaşıl və rəngi açıq çayların metabolizmanı sürətləndirən təsirindən yararlanmaq üçün gün ərzində 2-3 fincan içməniz məsləhətdir.
 
Yatmazdan 3 saat əvvəl yemək yeməyin
Yatana yaxın atışdırmalar və yemək yemək həddən çox yağlanmaya səbəb olur. Qan şəkəriniz çox yüksəkdirsə, yuxu keyfiyyətinizdə də azalma baş verir. Buna görə də yatmadan ən azı 3 saat əvvəl yeməyə qadağa qoyun.
 
Nəsə yemək istəyəndə su için
Bir çox insan aclıq və susuzluq hissini qarışdırır. Buna görə də kifayət qədər su içməyən insanlar atışdırmalara üstünlük verir. Ürəyiniz nəsə yemək istəyəndə əvvəlcə su için və ən azı 10 dəqiqə gözləyin. Aclıq hissinin azaldığını hiss edəcəksiniz.
 
Süfrənizdə ədviyyatlara yer verin
Qırmızı pul bibər, qara bibər, zərdəçal və zəncəfil kimi ədviyyatlar metabolizmanı sürətləndirməyə kömək edir. Darçın qan şəkərini nizamlayaraq, şirniyyat istəyini də azaldır. Buna görə də süfrələrinizdə ədviyyatlara yer verin.
 
Probiotiklər metabolizmanın dostudur
Araşdırmalar sübut edib ki, qəbzlik problemi olanlar ildə 3 kq artıq çəki alırlar. Probiotiklərlə nizamlı qidalanmaq qəbzliyin qarşısını alır. Gündə bir dəfə kefir və ya qatıq yemək metabolizmanıza kömək olacaq.
 
Gündə 8 saat yatın
Gündə 5 saatdan az yatanlar normal yuxu yatanlardan 300 kalori artıq almağa meylli olurlar. Yuxu nizamına diqqət etmək vacibdir. Ən azı 5-8 saat yatmaq qışda sizi kökəlməkdən qoruyan vasitələrdən biridir.
 
Karbohidratlar yeyin  
Ağ un və şəkər tozu qan şəkərini sürətlə yüksəldib aşağı saldığı üçün tez-tez aclıq hiss edirsiniz və şirniyyat istəyirsiniz. Buna görə də karbohidrat qaynağı olan tam taxıllı çörəklər, bulqur, makaron kimi keyfiyyətli karbohidratlara üstünlük verin. 
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri