Kök xanımların nəzərinə:belə geyinin

Müəllif: Qlamurr
Şərhlər: 7
Baxılıb: 3 018
Səs ver:
(səs: 0)
Bədən ölçüsündən asılı olmayaraq, gözəl geyinə bilmək bir sənətdir. Üstəlik, saçlarınız buruqdursa, bunun sizin stilinizə təsir edəcəyindən qorxmayın. Aile.lent.az artıq çəkisi olan xanımlara gözəl geyinməyin sirlərini açıb:
 
Trendləri izləyi
İnsanlar sizə klassik üsluba üstünlük verməyi məsləhət görəcək. Artıq çəkinizə baxmayaraq, şık görünmək istəyirsinizsə, onları dinləməyin. İstədiyiniz dəbli geyimin sizə uyğun ölçüsünü alın və geyinin.
 
Eyni şeyləri geyinməkdən qorxmayın
Özünüzü bir paltarın içində xoşbəxt hiss edirsinizsə, bir neçə rəngini alıb fərqli vasitələrlə kombinə edin və geyinin. Bu, həm də sizi hər gün "nə geyinim” dərdindən də xilas edəcək.
 
Bədəninizi nümayiş etdirin
Bədəni nümayiş etdirmək köhnə üsullardan biridir. Kiçik bir göbək dekoltesi və bud hissələri qatlanmış şalvar boyunuzu uzun göstərəcək.
 
V yaxalı geyimlər
Boyu uzun göstərməyin yollarından biri də V hərfli yaxalı kofta və donlardır. Bu, sizin boyunuzun hündür olması təəssüratını yaradacaq, həm də sizi daha az çəkili göstərəcək. Balıqvari yaxalardan isə uzaq durun.
 
Metal rəngli kəmərlə vurğulayın
Kəmərləri sevirsinizsə, sizin üçün ən yaxşı seçim metal rənglərdir, xüsusən də qızılı rəngə üstünlük verin. Parlaq metal rənglər hər kombinəni bir pillə yüksəyə qaldırır.
 
Naxışlı geyimlərdən qaçmayın
İnsanlar sizə naxışlı geyimlərdən uzaq durmağı tövsiyə edəcək. Bəzən bir rəngli geyim naxışlı geyimdən daha çox kök göstərə bilər. Ona görə də fikir verməyin. Yadda saxlayın ki, naxışlı parçalar sizi olduqca dəbli göstərəcək.
 
Proporsiyanızla oynayın
Fərqli proporsiyalı bədən quruluşunuz varsa, çəkinməyin. Sadəcə geyinərkən kontrast və tarazlığa fikir verin. Mədə hissəsi enli olan qısa pencəyi kombinə edə bilərsiniz. 
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 018
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri