Yaşı
50-ni haqlayan fransız xanımların gözəlliyi və zərifliyi, sadəcə heyrət
doğurur. Heç kimdən çəkinmədən dizdən yuxarı yubka geyinir və çox gözəl
görünürlər. Onları dərilərinin ideal olmadığı da narahat etmir. Fransız
xanımların zərif üslubu turistləri də heyran edir. Çünki fransız
xanımları qocalmaqdan qorxmur və istənilən yaşda özünü çox rahat hiss
edirlər. Bu yazının əsas qəhrəmanları da elə fransız qadınlarıdır.
1. Ahıl çağınadək aktiv həyat tərzi
Fransada
asudə vaxtı səmərəli keçirmək milli mədəniyyətin tərkib hissəsidir.
Odur ki, yaşından asılı olmayaraq, hər fransız yürüşə çıxır, dağlara
dırmanır, tennis oynayır, parklarda qaçır, xizəklə sürüşməyi sevir.
Üstəlik, bütün bunlar fransız xanımları üçün idman deyil, adi həyat
tərzidir. Fransızlar hətta məzuniyyət üçün yer seçəndə də passiv
istirahət deyil, daim hərəkət imkanı yaradan məkanlara üz tuturlar.
Amerikalılardan fərqli olaraq, onlar özünü idmanla yükləmir. Rebekka
kitabda qeyd edib ki, istənilən ağır idman qadın sağlamlığı üçün
təhlükəlidir.
2. Yumor hissi ən güclü antioksidantdır!
Məşhur fransız sarkazmı xanımlara yaşını və qocalığını drammatikləşdirməməyə kömək edir.
3. Nümunəvi yemək mədəniyyəti
Hamıya
məlumdur ki, fransızlar yeməyə düşkündür, lakin amerikalılardan fərqli
olaraq, onlarda yemək mədəniyyəti incə və gözəl alınır. Fransızlar,
ümumiyyətlə, çox az yeyir, mini-porsiya və şərabla kifayətlənir. Maliyyə
imkanları varsa, fransızlar restoran və kafelərdə yaxşı dost əhatəsində
yeməyi də çox sevir. Bütün bunlar, əlbəttə ki, ideal bədən ölçülərini
qoruyub saxlamağa kömək edir. Jurnalistin sözlərinə görə, 20 və 40 yaş
arasında fransız xanımlarının çəkisində kəskin fərq müşahidə edilmir.
4. Fransızlar yaşlandıqca özünə məhdudiyyət qoymur!
Rebekka
yazır ki, fransız analar uşaqlarını ana südü ilə bəsləyir. Uşaqlar
böyüyüb daha az diqqət tələb edəndə bütün boş vaxtını özünə ayırır: Öz
əyləncələrinə daha çox pul xərcləyir, tək səfərə çıxır, daha bahalı
paltar alırlar. Fransız qadınları uşağı üçün yaxşı oyun cihazları
əvəzinə, özünə bir cüt bahalı ayaqqabı aldığına görə 40 il vicdan əzabı
çəkmir. Hətta onların fikrincə, bunu yeganə düzgün tərbiyə üsulu hesab
etmək olar: get işlə, özün qazan, istədiyini al!
Fransada
yaşlı xanımların oturub nəvələrinə baxması da müsbət hal kimi
qiymətləndirilmir. Orada heç kəs nənəni pulsuz işləyən dayə hesab etmir!
5. Əsas meyar: qiymət və keyfiyyət
Fransa
sakinləri paltarların keyfiyyətinə çox həssaslıqla yanaşır. Paltarın
materialını diqqətlə nəzərdən keçirir, pis tikilən köynəyi və ya
kənarlarından əyri-üyrü saplar çıxan jaketi geyinmir, başqalarına da
məsləhət görmürlər. Yaşa dolduqca fransız qadınlarının qarderobu
kiçilir, əvəzində isə oraya xeyli bahalı və keyfiyyətli paltarlar daxil
olur! Orta gəlirli qadınlar belə özünə qiymətli və rahat geyimlər alır.
Hər fransız qadının qarderobunda kəşmir palto, ipək köynək, yaxşı
ayaqqabı və heç olmasa, bir bahalı çanta tapmaq olar.
Bir
azərbaycanlı üçün qızıl-zinət əşyaları ağıllı sərmayə hesab edilirsə,
fransız qadın üçün tanınmış moda evinə aid olan çanta və ayaqqabı ağıllı
xərcdir.
6. Yaşlananda evdə oturmağı seçmirlər
Fransızlar
üçün asudə vaxtı evdə televizor qarşısında keçirmək beyni kütləşdirməyə
bərabərdir. Xüsusi qeyd etməliyik ki, baxımlı fransız xanımları yenicə
ana olanda belə aktiv sosial həyatdan tamamilə qopmur. Onların uşaqları
özünə baxacaq qədər böyüyübsə, daimi diqqət tələb etmirlərsə, deməli,
əyləncə gecələrinə, qonaqlığa, kinoya və ya klublara getməyin vaxtıdır.
7. Yaşlanmaq xəstəlik deyil və müalicə tələb etmir
Fransızlar
yaşa və qırışlara çox sakit yanaşır, hətta həddindən artıq süni
kosmetoloji müdaxilələr onlarda kinayəli gülüşə səbəb olur. Başqa
millətlərdən olan qadınlardan fərqli olaraq, fransızlar hesab edirlər
ki, bəlli yaşlarda estetik əməliyyatla qırışların tamamilə aradan
qaldırılması psixi problemlərin əlamətidir. Və bu cür əldə edilən
gözəllik həmin qadınlara paxıllıq üçün əsas ola bilməz. Yeri gəlmişkən
qeyd edək ki, Fransada plastik cərrahiyyə kosmetologiyadan daha az
populyardır.
8. Yaraşanı istənilən yaşda geyinmək olar
Fransa
istisna olmaqla, dünyanın heç bir ölkəsində 50 yaşından sonra qadınlar
mini ətək, şort və dar cins geyinməyə cəsarət etmir. Başqalarının
fikirlərindən asılı olmayan parisli xanımlar isə ancaq özləri üçün
geyinir. Fransızlar ən qoca yaşına qədər özünə dizdən yuxarı yubkalar və
dar lasinlər geyinməyə icazə verir. Fransada "Bu geyim yaşına uyğun
deyil" anlayışı yoxdur, ana qızı ilə eyni paltarı geyinə bilər. Aydındır
ki, yaşlandıqca zövq və maliyyə imkanları dəyişir. Bu zaman ölməz
klassikaya daha çox üstünlük verilir.
9. Fəal cinsi həyat üçün yaş həddi yoxdur!
Fransada
belə hesab edirlər ki, ömrün ikinci baharı 40-dan sonra gəlir: çox şey
əldə olunub, səhvlərdən dərs çıxarılıb, böyük həyat təcrübəsi qazanılıb.
Demək ki, həyatdan zövq almağın tam zamanıdır. Rebekka yazır ki,
Fransada boşanmaların çoxu məhz bu yaş dövründə baş verir.
10. Həyatdan zövq almaq lazımdır, amma həddi aşmadan...
Rebekka
hesab edir ki, qəhvə siqaretdən daha çox həzz verir. Odur ki,
nikotindən və alkoqoldan imtina edin. Çünki bunlar bizim yatmağımıza və
ya gecələr tez-tez oyanmağımıza səbəb olur.