Daha gözəl dəriyə sahib olun

Şərhlər: 7
Baxılıb: 2 977
Səs ver:
(səs: 1)
Xanımlar həmişə cavan və gözəl qalmağa çalışırlar. Bunun üçün üzə, dəriyə, saçlara və dırnaqlara müxtəlif qulluq üsullarını sınaqdan keçiririk. Yaz qabağı verdiyimiz bu məsləhətlərə əməl etsəniz daha canlı dəriyə sahib olacaqsınız, daha da gözəlləşəcəksiniz.
1. Gecə yatmazdan əvvəl göz ətrafına gənəgərçək və ya badam yağı çəkin;
2. Yemək bişirdikdən sonra əllərinizə və dirsəklərinizə limon suyu çəkin;
3. Qırışlarınızı azaltmaq üçün hər gün üzünüzə bal çəkin;
4. Əllərinizin dərizi kobudlaşırsa nişastadan hazırlanmış maskalar kömək edə bilər;
5. Saçlarınız tez-tez yağlanırsa iki gündən bir saçlarınızı axşamdan qalma çayla masaj edin;
6. Dəriniz qurudursa çaytikanı yağı və su qatılmış jojoba yağı çəkin;
7. Dərinizi dərindən təmizləmək üçün ayda iki dəfə üzünüzə limon suyu qatılmış yumurta sarısı çəkin;
8. Üz dərinizə cavanlıq qatmaq üçün bal və duzdan istifadə edə bilərsiniz;
9. Üz dərinizdəki sızanaqları yox etmək üçün lavanda və çayağacı yağı çəkin;
10. Dərinizin yumşaq və parlaq olması üçün bədəninizi kofe ilə piliq edin;
11. Təravətli dəriyə sahib olmaq üçün hər gün nanəli çay için;
12. Hamiləlik zamanı qarın hissəsində yaranmış dəri dartılmalarına qarşı kakao yağı çəkin;
13. Əllərinizin yumşaq qalması üçün isə sirkə və bitki yağından qarışıq düzəldib çəkə bilərsiniz;
14. Saçınız tökülürsə baş dərinizə jojoba yağından hazırlanmış maska çəkin;
15. Üz dərinizi müxtəlif otlardan hazırlanmış dəmləmənin içində saxlanmış 2 gümüş qaşıqla masaj edin.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri