Göz ətrafındakı qırışlara təbii həll

Şərhlər: 5
Baxılıb: 2 155
Səs ver:
(səs: 1)
Göz ətrafındakı dəri çox həssas və incədir. Boynumuz kimi göz ətrafı dərimiz də üzümüzdə baş verən dəyişikliklərdən tez təsirlənir. Əsasən də, bunu qırışlarla biruzə verir. Qırışlar isə müxtəlif səbəblərdən yarana bilər. Bu çox gülməklə, günəş eynəyi istifadə etməməkdən, gözləri qıymaqdan, düzgün göz ətrafı krem istifadə etməməkdən, dəri nəmini itirdikdə, soyuqdan və ən əsası da, yaşlanmaqdan irəli gələ bilər. Çox xanımlar da gözlərinin ərtafındakı bu qırışlardan yaxa qurtarmaq üçün təbii həll yolları axtarırlar. Belə həll yollarından birini biz sizə təqdim edirik. 
Təqdim edəcəyimiz bu maskanı evdə asanlıqla tətbiq edə bilərsiniz. 

Lazım olanlar
Badam yağı – 1 x.q.
Soya yağı – 1 x.q.
Avokado yağı – 1 x.q.

Hazırlanması
Bütün bu yağları qarışdırırsınız. Yağlardan alınan maskanı bir az saxlayırsınız. Gecə yatmamışdan əvvəl dərinizi zeytun yağlı sabunla yuduqdan sonra bu qarışımı göz ətrafınız da daxil olmaqla dərinizə çəkirsiniz. Səhərə qədər bu qarışım dərinizdə qalacaq və dəriniz onu tamamilə özünə çəkəcək. Bu sizin göz ərtafı dəriniz üçün çox faydalı olacaq.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 155
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri