Dodaqları dolğun göstərmək üçün cərrahiyyəsiz 6 yol

Şərhlər: 5
Baxılıb: 7 140
Səs ver:
(səs: 3)
Doğuşdan dolğun dodaqlara sahib olmayanlar dodaqlarını dolğun, həcmli göstərmək üçün cərrah yanına gedirlər. Amma bunun cərrahiyyəsiz də çıxış yolu var. Necə? Foxy dodaqları cərrahiyyə olmadan təbii yolla dolğun göstərməyin 6 yolunu təqdim edir.   

Concealer-dan istifadə et
Dodaq makiyajını concealer ilə başla. Onun vasitəsi ilə dodaq kənarlarını, yəni, tünd hissələri örtməlisən. Concealer-i bir az kənarlardan içə doğru da da çəkə bilərsən. Sanki Angelina Jolie dodaqlarının effektini yaradırmış kimi.

Highlighter – a müraciət et
Dodaqlarını daha da həcmli etmək üçün highlighter və ya qızılı bronazator istifadə edə bilərsən. Highlighter-dan daha çox üst dodağı, əsasən də, kənarları işıqlandırmaq üçün istifadə etmək doğrudur. 

Solğun qələm çək
Tünd qələmlə dodaqları konturlamaq heç də xoş görüntü yaratmır. Açıq çəhrayı və ya nude qələm çalarları kontur üçün ən idealıdır. Qələmlə konturlamaq prosesi bitdikdən sonra ya nude, ya mat ya da ki, blesk dodaq boyalarından istifadə edə bilərsən. 

Açıq rənglərə üstünlük ver
Artıq tünd rənglərin dodaqları nazik göstərdiyi təsdiqlənib. Dodaqları daha təbii, dolğun göstərmək üçün mütləq açıq, elə bu mövsümün də dəbi olan nude çalarlı dodaq boyalarından istifadə etmək olar. 

Düzgün faktura
Mükəmməl həcmli dodaqlara sahib olmağın ən vacib məqamı düzgün fakturalı dodaq boyasına sahib olmaqdır. Bu mövsüm mat dodaq boyaları əlavə korekksiyaya ehtiyacı olmayan dodaqlar üçündür. Daha həcmli dodaqlara sahib olmaq üçün vizual yaş dodaq görüntüsü yaradılmalıdır. 

Parlaq nöqtə
Bu işdə ən son üsul alt dodağın dolğun görüntüsünü yaratmaqdır. Makiyajı bitirdikdən sonra dodaq boyası ilə bir az alt dodağın orta hissəsini vurğulamaq lazımdır. Bu işi yaxşı olardı ki, bir fırçanın köməyi ilə edəsən.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 7 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri