Kipriklərin oxdur, qaşın kamandır

Şərhlər: 7
Baxılıb: 3 169
Səs ver:
(səs: 2)
Qüsursuz baxışlar üçün gözəl gözlərlə yanaşı gözəl kirpik və qaşlara da sahib olmalıyıq. Qaşlarımız və kirpiklərimiz üzümüzün ifadəsini, formasını tamamilə dəyişdirən əsas amillərdəndir. Son zamanlar qızıl dövrünü yaşayan qalın qaşlara daha çox üstünlük verilir, gur qaşlara sahib olmaq üçün də müxtəlif üsullar axtarılır. Payız və qışın soyuq hava şəraitindən aslı olaraq qaşlarımız seyrəkləşir,  tökülməyə başlayır və eyni zamanda da qabıqlanmalar olur. Bütün bunların qarşısını almaq isə öz əlimizdədir! Foxy siz xanımlara bunun üçün təbii qulluq məsləhətlərini təqdim edir: 
Təbii və xüsusilə də bitki yağlarının sayəsində qaşlarımıza, kirpiklərimizə gözəl görünüş bəxş edə bilərik. Bu yazımızda bizim də qaş və kirpiklərimizə tətbiq etdiyimiz sadə, bir o qədər də təsirli qulluq üsullarını sizinlə bölüşmək istəyirik. Bu üsulla siz də qaşlarınızı və kirpiklərinizi payız və qışın mənfi təsirindən qoruyaraq tezliklə sağlam, gur qaş və kirpiklərə sahib olacaqsınız. 
Hər gecə yatmazdan əvvəl üzünüzə nəmləndirici krem çəkməyi unutmayın. Çünki dərimiz gecələr nəmlilik dərəcəsini itirir, quruyur və qurumalardan qaşlarımız da təsirlənir, qabıqlayır. Nəmləndirici kremdən sonra isə bir diş sarımsağı ortadan bölüb qaşlara 3-4 dəfə çəkin, 30 dəqiqə gözləyin. Badam və hind qozu yağları da bu işdə sizə kömək olacaq. Bu yağlar tükləri gücləndirir, parlaqlaşdırır və gurlaşdırır. Qalın qaşlar və sıx kirpiklərə bu yağların sayəsində də sahib olacaqsınız. Kiçik bir qabda badam və hind qozu yağlarını eyni miqdarda qarışdırırıq. Qulaq təmizləyən çubuğu həmin qarışıma batırıb, sarımsaq çəkdiyiniz qaşlarınıza çəkirsiniz. Kirpiklər üçün isə bitmiş eyeliner və tuş qablarını yuyub, qurudun. Və bu qarışımdan həmin qablardan birinə tökün. Daha sonra isə kirpiklərinizə çəkin. Bu üsulla qalın, parlaq, sıx qaşlara və kirpiklərə sahib olacaqsınız.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 169
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri