Qarın bölgəsindəki piylənməyə səbəb 7 vərdiş

Şərhlər: 2
Baxılıb: 3 483
Səs ver:
(səs: 1)
Əksəriyyətimiz daha çox qarın hissədəki piylənmədən şikayət edirik. Bunun müxtəlif səbəbləri olsa da, bu dəfə sizin üçün 7 vərdişi araşdırdıq. Siz də oturanda qat-qat olan qarnınızdan yaxa qurtarmaq istəyirsinizsə bu 7 vərdişinizə əlvida deməlisiniz. 

Qazlı sular içirsiniz?
Araşdırmaçılara görə gündə 2 şüşə qazlı su içmək bel bölgəsini 1 dəfə qazlı su içənlərə nisbətən iki qat genişlədir. Xüsusi dadlar qatılmış qazlı sular isə çıxış yolu deyil. Çünki bu cür içkilərin içindəki xüsusi dadlar şəkər kimi tez acmağınıza gətirib çıxarır. Əgər gün ərzində sulu nələrsə içmək istəyirsinizsə yeni sıxılmış meyvə, tərəvəz sularını və ya smuziləri seçə bilərsiniz.

Yemək yeyərkən böyük boşqablar istifadə etmək qarın bölgənizin daha da kökəldir.
Boşqabınız nə qədər böyük olarsa, onun içərisindəki yeməklər də bir o qədər kiçik görünəcək və sizi yanıldacaq. Daha çox yemək çəkməyə yönləndirəcək. Amma bu zəncirləmə təsirdən uzaq olmaq üçün kiçik və ya orta boy boşqablar istifadə etməyə üstünlük verin.

Orqanizmimiz gecə biz yatdığımız zaman kalori xərcləyir və yediklərimizin həzmini həyata keçirdir. Amma gecə yemək yeyib yatdıqda isə bu proses baş vermir və nəticədə qarın bölgəmizdə piylənmə baş verir.
Eləcə də, yemək yedikdən sonra həmin an yatmaq həzmsizlik və asid turşusunun yaranmasına səbəb olur. Gecələri çox "light” qidalar qəbul etməyə və aclığınız keçmirsə meyvə yeməyə diqqət edin. Beləliklə də, gecə yemək yediyiniz zaman onun verdiyi zərərin qarşısını ala bilərsiniz.

Özünüzü üzgün və ya hirsli hiss etdiyiniz zaman qamburger və ya kartof qızartması yeməyə təslim olmayın!
Belə olduqda özünüzü xoşbəxt hiss etməyəcəksiniz və qarın hissədəki qatlara biri də əlavə olunacaq. Stressinizi atmaq üçün 1 stəkan su içməli, qısa bir gəzinti etməli və yaxud da dostlarınızla telefonda söhbətləşə bilərsiniz.

Zeytun, günəbaxan və qarğıdalı kimi doymuş yağlar qarın bölgənizdəki piyləri əritməkdə çox işə yarayır.
Bəzi insanlar düşünür ki, yağlı qida və içkilər qarın bölgəmizdə piylənmə yaradır. Amma bu, belə deyil. Zeytun, günəbaxan və qarğıdalı kimi doymuş yağlar əks təsir göstərərək o yağların əriməsinə kömək edir.

Problemli yuxu qarnınızda piylərin toplanmasına səbəb olur.
Yetişgin insanlar üçün mükəmməl yuxu 9 və 7 saat arasında olmalıdır. Yatmadığınızda stress hormonu olan kortizolun səviyyəsində artma olur və bu da sizi şirniyyat yeməyə yönləndirir. Stress hormonunun səviyyəsini nəzarətdə saxlamaq üçün gecə yuxularınızı qaydasına salın. Yuxunuz qaydasına düşdükdə və kortizol səviyyəniz normasında olduqda iştahanızı da nəzarət altına alan leptin hormonunu da balanslaşdıracaqsınız.

Düzgün qidalanma vərdişində zülallara çox yer verməmək qarın bölgəsində yağ toplanmasına səbəb olur.
Sağlam yetişgin insanların qəbul etmələri lazım olan zülalın gündəlik miqdarı 20-25 qram olmalıdır. Gündəlik qəbul edilən zülalın miqdarı gün ərzində edilən aktivliklər və oqranizminizə də bağlıdır. Daha çox zülal qəbul edərkən qan şəkəri səviyyənizi balanlaşdırarkən insulin səviyyənizi də düşürərək metabolizma sürətinizi də artıra bilərsiniz. Amma zülal iştahanızı artıran hormonlarınızı da nəzarət altına alır və təbii olaraq arıqlamağa başlayırsınız.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri